Nida Təhlil
“Minsk Qrupu ölüb” - Metyu Brayza "ölüm səbəbi"ni də açıqladı
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident görüş zamanı artıq Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olmadığını qeyd edib. Buna görə o, ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtı olduğunu bildirib. Bəs bu qrup niyə hələ də fəaliyyət göstərir?
Məsələ ilə bağlı Amerikalı diplomat, bir müddət ATƏT-in Minsk qrupunun həmsədri olmuş və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Publika.az-a açıqlama verib.
O qeyd edib ki, son iki il ərzində Avropa Şurasının sədri Çarlz Mişel Prezident İlham Əliyevlə Baş nazir Paşinyan arasında əsas vasitəçi olub:
“Minsk qrupu ölüb. Prezident Əliyev Minsk qrupu ilə deyil, daha çox ATƏT-in qüvvədə olan sədri ilə görüşüb. Həmin görüşdə Əliyev Minsk Qrupunun keçmiş fəaliyyəti ilə bağlı müzakirələr edib. Minsk Qrupunun həmsədri olmuş Fransanın o vaxtkı xarici işlər naziri İv Le Drayn İkinci Qarabağ müharibəsinin hərbi fazasına son qoyan Üçtərəfli Bəyannamənin imzalandığı günü Azərbaycanı müharibədə günahlandırdı. Beləliklə, Minsk Qrupu artıq fəaliyyətini tam dayandırdı. Üstəlik, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra ABŞ-ın Rusiya ilə əvvəllər olduğu kimi Minsk Qrupu çərçivəsində işləməsi qeyri-mümkün oldu”.

Diplomat əlavə edib ki, ABŞ dövlət katibi Entoni Blinken Xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla danışıqlar aparıb:
“Bu məsələdə Azərbaycan və Ermənistan liderlərinin vasitəçilərə ehtiyacı yoxdur. Hər iki ölkə sülh müqaviləsi və sərhədin demarkasiyasında irəliləyiş əldə edirlər. Bundan əvvəl, 2009-cu ilin yanvarında Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan liderlərinə qeyri-rəsmi şəkildə "baza prinsipləri" toplusunu razılaşdırmaqda kömək ediblər. Amma bu məsələ heç vaxt yekunlaşmayıb, lakin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın əsasını təşkil edib”.
Roza Şəfiyeva
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)

.jpg)















.jpg)