Nida Təhlil
Hindistana İslamın gəlişi: Nehrudan Modiyədək olan düşmənçilik - Türkləri ittiham edirlər
Orta Asiyada türklər tərəfindən sıxışdırıldıqca, puştunlar (baktriyalılar, soqdlar, kuşanlar) cənuba üz tutdular. Türklər özləri də miladın ilk əsrlərdən Hindistana tez-tez hücumlar edir, özlərinə tabe edirdilər. İndiki hind xalqlarından birinin (qucaratilər) adının da türkcə köçəri sözündən alınma olduğu haqda ehtimal var. Qəribə də olsa müsəlmanlara və türklərə qarşı nifrətin kultivasiya edildiyi indiki hindus baş nazir Narendra Modi də qucarat əsillidir, eləcə də Pakistan dövlətçiliynin banisi Əli Cinnə də qucardilli idi.
Ümumən Pakistan və Hindistanda islamın yayılması iki etnosun - puştunların və türklərin sayəsində mümkün olub. Odur ki, islamofobiyanı dövlət siyasətinə çevirmiş Narendra Modinin hakimiyyəti zamanında Azərbaycan və türk düşmənçilyinin ifrat həddə çatması başa düşüləndir. Yəni bu siyasətin kökündə hansısa praqmatik maraqlardan daha çox kor irqi-dini dözümsüzlük yatır.
Aşağıda təqdim etdiyim sitatlardan anlayacağınız qədər Hindistanın sadəcə yaxın 1000 ili - islamın meydana çıxmasından sonrakı dövrü türklərlə bağlı deyil. İslamdan qabaq da xeyli dərəcədə türklərə bağlı idi. Hindistan dövlətçiliyinin banisi Cəvahirləl Nehru öz “Ümumdünya tarixinə nəzər” kitabında türkləri az qala Hindistanın bir nömrəli düşməni elan etmişdi. Demək, sadəcə indiki irqçi-dini fanatik hakimiyyət olmasa belə ən tolerant hindus siyasi qüvvəsi sayılan Hindistan Milli Konqres Partiyasının (Nehrunun partiyası) qurduğu hökumətlər də eyni siyasəti yürüdəcəkdi, sadəcə ritorika və davranışlar indiki qədər eybəcər forma almayacaqdı. Yeri gəlmişkən, Hindistan Milli Konqres Partiyasının başında duran Qandilər sülaləsi qucaratdilli zərdüşt Fehruz Qandi ilə Nehrunun qızı İndira Qandinin varisləridir. Adını çəkdiyim kitab C.Nehrunun qızına məktubları toplusudur, o, Hindistanın tarixi zəiflyinin suçunu türklərdə görür, türklərin “işğal etdiyi” qeyri-müsəlman xalqların (Yerusalim-indiki İsrail, Yunanıstan, Rusiya, Avropa) tarixinə toxunur, həm də gələcəkdə bu ölkələrlə anti-türk, anti-İslam koalisiyaların mümkünlüyünə eyham edirdi. Hindistanın Rusiya, Ermənistan, Yunanıstan və İsraillə olduqca yaxın əlaqələrinin kökündə də bu durur: harada islam və türk düşməni varsa, Hindistan həmin qüvvəni özünə müttəfiq bilir.
C. Nehrudan türklər haqda sitatlar:
•Bu arada həm şimalda, həm də cənubda mühüm hadisələr baş verirdi. Şimalda Mərkəzi Asiya xalqları - baktriyalılar, saklar, skiflər, türklər və kuşanlar dəfələrlə ölkəyə soxulmuşdular. Eramızın başlanmasından əvvəl iki yüz il ərzində Hindistana da bir neçə belə hərbi basqın olmuşdu. Amma sən nəzərdə tutmalısan ki, bu basqınlar ancaq istila və qənimət xatirinə deyildi. Bu xalqlara yerləşmək, məskunlaşmaq üçün torpaq lazım idi. Mərkəzi Asiyanın əksər qəbilələri köçəri olduğundan, bu qəbilələr sayca artdıqca, yaşadıqları torpaq sahələri onları artıq dolandıra bilmirdi.
•Sonralar sayı-hesabı olmayan saklar soxularaq bütün Şimali və Qərbi Hindistana yayıldılar. Saklar iri köçəri türk tayfalarındandır. Başqa bir iri tayfa olan kuşanlar onları otlaqlarından sıxışdırıb çıxarmışdılar. Baktriyaya və Parfiyaya doluşan saklar yavaş-yavaş Şimali Hindistanda, daha dəqiq desək, Pəncabda, Racputanda və Kathiavarada məskən saldılar. Hindistan sakları mədəniləşdirdi və onlar öz köçəri vərdişlərindən əl çəkdilər.
•Yadelli hökmdarların – türklərin, parfiyalıların və digər ari olmayan xalqların hakimiyyətinin kökü kəsildi, onları devirdilər. Beləliklə, irqi antaqonizmin nələr törətdiyini işdə görürük. Zadəgan ari hindli öz irqi ilə qürrələnir və bu barbarlara təkəbbürlə baxırdı. Məğlub hind-ari dövlətləri və onların hakimlərilə xeyli yumşaq rəftar edirdilər.
•Mən istərdim ki, sən bir cəhəti də unutmayasan. Bir çox köçəri tayfaların Mərkəzi Asiyada necə meydana gəldiyini, Qərbə, Avropaya yollandıqlarını, yaxud Hindistana tərəf döndüklərini əvvəlki məktublarımızda izləmişik. Hunlar, skiflər, türklər və bir çox başqaları buralardan böyük dalğalar kimi keçmişlər. Hindistana gələn ağ hunlar və Avropadakı Attila hunları yadındadır. Bağdad imperiyasını tutan səlcuq türkləri də Mərkəzi Asiyadan gəlmişdilər. Daha sonralar türklərin başqa bir qolu olan osmanlı türkləri gəldi və axırda Konstantinopolu ələ keçirib Vyananın divarlarına qədər gedib çıxdılar. Sonralar Mərkəzi Asiyadan və Monqolustandan gələn dəhşətli monqol orduları yolları üstündə böyük işğallar edərək, Avropanın mərkəzinə kimi gedib çatdılar, hətta Çini də özlərinə tabe etdilər. Onların nəslindən olan bir nəfər Hindistanda yeni imperiyanın və sülalənin əsasını qoydu ki, bu sülalə dünyaya bir neçə məşhur hökmdar verdi (Babur sülaləsi nəzərdə tutulur-C.Q).
•Çinlilər bu köçəri tayfaları qərbə doğru sıxışdırdılar və nəticədə köçəri tayfaların bir hissəsi Hindistana üz qoydu, bir hissəsi də Avropaya. Qərbə, Bağdad imperiyasına qovulmuş səlcuq türkləri ilə yanaşı müvəffəqiyyətin necə qayıtdığını, Konstantinopoldakı Şərqi Roma imperiyasına türklərin hücum etdiyini və imperiyanı məğlubiyyətə uğratdığını görürük.
•Ərəblər Hindistanın özünə gəlib çatmadılar. Onlar Sinddə dayandıqlarına görə Hindistana cüzi təsir göstərdilər. İslam dinini Hindistana gətirən türk xalqları və digər xalqlar olub. Onların nə ərəblər kimi başqa dinlərə dözümü olub, nə də ərəblər kimi mədəniyyəti. Hər şeydən əvvəl bu xalqlar döyüşçü idilər. Bununla belə Hindistan tərəqqi və yaradıcılıq səyləri üçün yeni bir təkan aldı. Bunun hansı üsulla Hindistana yeni həyat qüvvələri bəxş etdiyini sonralar nəzərdən keçirəcəyik. Hind mədəniyyətinin zəifləməsinin başqa bir səbəbi də indi göz qabağındadır. Xaricdən hücumlara məruz qalan bu mədəniyyət hücum çəkən dalğalardan qorunmağa cəhd edərək, demək olar ki, öz qınına çəkilib gizlənmişdi. Bu vəziyyət zəiflik və qorxu əlaməti idi və müalicə, şəfa əvəzinə xəstəliyi ancaq gücləndirirdi. Əslində bu xəstəlik yadellilərin hərbi müdaxiləsindən deyil, mədəniyyətin özünün durğunluğundan irəli gəlirdi.
•Təqribən yeddi yüz il ərzində Yerusəlim müsəlmanların hakimiyyəti altında qalmışdı. Yalnız bu yaxınlarda, 1918-ci ildə, dünya müharibəsi zamanı ingilis generalı Yerusəlimi türklərin əlindən aldı.
•Şimalda Mərkəzi Asiya xalqları – baktriyalılar, saklar, skiflər, türklər və kuşanlar dəfələrlə ölkəyə soxulmuşdular. Mərkəzi Asiyanın müxtəlif qəbilə güruhlarının meydana çıxdığı yer olduğu, tarix boyu oradan çıxan müxtəlif xalqların bütün Asiyaya və hətta Avropaya da yayıldıqları barədə, deyəsən, bir dəfə sənə yazmışam. Eramızın başlanmasından əvvəlki iki yüz il ərzində Hindistana da bir neçə belə hərbi basqın olmuşdu.
C.Quliyev
-
İKT04:14
"WhatsApp"da YENİ FUNKSİYA
-
Magazin203:43
Sevgililərdən yeni FOTOLAR
-
Dünya03:13
Günəşdə yüksək səviyyəli partlayış baş verdi
-
Kriminal02:42
Miqrant onunla görüşmək istəməyən QIZI GÜLLƏLƏDİ
-
Sosial01:41
Azərbaycanda vəzifəli şəxs İŞDƏN ÇIXARILDI - FOTO
-
İdman01:11
Əfsanənin akademiyası su altında qaldı - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Münaqişə və qarşıdurmalar yarana bilər
-
MDB31 Oktyabr 23:36
Uzun sürən ədavət QANLA BİTDİ - Yol üstündə 4 qohumunu GÜLLƏLƏDİ