Nida Təhlil
Çinlə münasibətlərimiz regionda nəyi dəyişəcək? - Türk generaldan mühüm mesaj
Son dövrlər Çinlə Azərbaycan arasında qarşılıqlı səfərlər artıb. Mayın 14-də Prezident İlham Əliyev Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədri Şen Yueyuenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan-Çin əlaqələrinin inkişafı ümumi bölgə üçün nə vəd edir? Türkiyənin bu prosesdə rolu necə ola bilər?
Ehtiyatda olan general Yücel Karauz Publika.az-a bildirib ki, Çinlə münasibətlər Azərbaycanın müstəqillik əldə etdiyi gündən müsbət istiqamətdə inkişaf edir:
“Azərbaycanın geosiyasi və birgə strateji mövqeyi Çinin qlobal layihələrinin bir hissəsinin Azərbaycandan keçməsinə şərait yaradır. Bu da Çin-Azərbaycan münasibətlərinə olduqca yaxşı təsir edir. Göründüyü kimi, Şanxay Əməkdaşlıq Təşkilatı iqtisadi sərmayələri artırmaq və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək istəyir. Burada əsas məsələ dünyada artan qeyri-müəyyənliklər, risk və münaqişələrdir. Çin və ABŞ arasındakı mövcud rəqabət həm Türkiyəyə, həm də Azərbaycana təsir edə bilər. Çin və ABŞ siyasi, iqtisadi və mədəni siyasətlərini dəstəkləyən dövlətləri öz tərəfinə cəlb etməyə çalışırlar. Pekinlə münasibətləri qoruyub inkişaf etdirməklə yanaşı, ABŞ-ı da diqqətdə saxlamaq lazımdır”.

Y. Karauz vurğulayıb ki, Azərbaycan və Türkiyə bir neçə il ərzində ortaya çıxacaq Çin-ABŞ qarşıdurmasında bitərəf olmalıdır:
“Ümumi prinsip çərçivəsində siyasi və iqtisadi əlaqələr inkişaf etdiriləcək. Lakin bu əlaqələr regional tarazlığı davamlı şəkildə dəyişdirəcək. Ona görə bunun ölkələrə yönəlməsinin qarşısını almaq lazımdır. Məsələn, Ermənistana silah satmaq və ya Təhlükəsizlik Şurasında İrəvanın siyasətini dəstəkləmək lazım deyil. Çin BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. İstəmədiyi bir qərarın qəbul edilməsi mümkün deyil. Buna görə də belə məqamlara nəzər salmaq lazımdır. Doğrudur, Çinin böyük bir iqtisadiyyatı var. Bu iqtisadi əməkdaşlıq siyasi və qlobal məsələlərə təsir etməməlidir. Türkiyə və Azərbaycanın Çinlə apardığı münasibət paralel xətt üzrə inkişaf edir”.
Aysel Şahmar
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp












.png)
















.jpg)
.jpg)





