Qırmızı.az
34 min manatlıq dərman cinayətinin üstü açıldı
Azərbaycan-İran sərhədində 34 min manatlıq qaçaq dərman preparatları aşkar edilib.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Publika.az-a verilən məlumata görə, DSX-nın Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində təqribən 34 000 (otuz dörd min) manat məbləğində qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Daxil olmuş qabaqlayıcı əməliyyat məlumatı əsasında Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhəd xəttindən 200 metr məsafədə Azərbaycan Respublikası istiqamətində ağacların arasında gizlədilmiş halda Hindistan və İran istehsalı olan "Veltram-200", "Alltram-200", "Tramagelzik", "Metadone-20", "Metadone-40" markalı hər birində 10 həb olan 13190 ədəd "konvolüt" tipli dərman preparatı bağlamaları aşkar olunub.
Hazırda dərman preparatlarını qanunsuz yolla dövlət sərhədindən keçirməyə cəhd edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO