Qırmızı.az
Rektor Parisdə beynəlxalq toplantıda iştirak edib
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektor Ramiz Hümbətov Fransanın "Total" şirkətinin dəvətilə "Total Enerji və Təhsil" beynəlxalq toplantının işində iştirak etmişlər.
Bakı Ali Neft Məktəbinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, Parisdə təşkil olunmuş və dünyanın 50 ölkəsinin 80 neft-qaz təmayüllü qabaqcıl universitetlərinin rəhbər işçilərinin və professor-müəllim heyətinin nümayəndələrinin iştirak etdiyi toplantı bir həftə davam etmişdir.
Tədbirin birinci hissəsi hazırki vəziyyətdə dünya əhalisinin artması və sənaye sahələrinin inkişafı ilə bağlı enerji resurslarına olan tələbatlar və "Total" şirkətinin onları necə qarşıladığını nümayiş etdirən məruzələrin müzakirəsinə həsr olunmuşdur. Şirkətin baş iqtisadçısı Pyer Siqone, insan resursları üzrə baş vitse-prezidenti Françoys Viaud, strateji biznes inkişafı və mühəndislik üzrə baş vitse-prezidenti Olivye de Lanqavat, davamlı inkişaf və ətraf mühit üzrə vitse-prezidenti Jerom Şmitt, geoloji təlim və texniki kəşfiyyat üzrə vitse-prezidenti Olivye Dubrul, strategiya və uzunmüddətli planlaşdırma, emal və kimya məhsulları üzrə vitse-prezidenti Bertran Nusbaumer, strateji planlaşdırma, bazar intellekti və perspektivlər üzrə məsul şəxs Françoys İoos, proqnozlaşdırma, istehsalatlarla əlaqələr və kommunikasiya üzrə baş vitse-prezident Arnaud Şaperon, elmi inkişaf üzrə baş vitse-prezident Jan-Françoys Minster müvafiq sahələrin inkişafı üzrə nəzərdə tutulan tədbirləri təqdim etmişlər.
Tədbirin ikinci hissəsi işəgötürmə və təhsil məsələlərinə həsr olunmuşdur. Bu məsələlərlə bağlı "Total"ın universitetlərlə əlaqələr şöbəsinin rəhbəri Monika Simon, təhsil üzrə baş korporativ menecer Lui Spozito və Total Professorlar Assosiasiyasının prezidenti Filip Persilon məruzə etmişlər.
Toplantı iştirakçıları üçün "Total" şirkətinin Fransanın Pau şəhərində elmi texniki mərkəzinə səfər təşkil edilmiş və orada şirkətin bir sıra ölkələrdə həyata keçirdiyi iri hasilat layihələri, qazmada çuxur nümunələrinin hərtərəfli tədqiqatı laboratoriyası və seysmik verilənlərin emalı və yatağın modelləşdirilməsi üçün "Pangea" yüksək - qabiliyyətli hesablama sistemi ilə tanışlıq baş tutmuşdur.
Tədbir çərçivəsində iştirakçılar 5 qrupa bölünmüş və onların arasında "Tələbələrin arzuları", "Enerji sektorunun tələbələr üçün cəlbedici olması", "Dünya təhsilində evolyusiya", "Total" kimi şirkətlərin təhsilin inkişafına verəcəyi töhfələr", "Rəqəmli inqilab"ın imkanlarından universitetlər necə bəhrələnməlidirlər?", "İri şirkətin təhsil sahəsində müxtəlif ölkələrdə hansı məsuliyyətinin olması", "Yaxın 10 ildə universitetləri nə gözləyir?" kimi mövzular ətrafında dəyirmi masalar təşkil olunmuş, müzakirələr nəticəsində müvafiq tövsiyələr işlənib hazırlanmış və tədbirin sonuncu günündə bütün iştirakçıların diqqətinə çatdırılmışdır.
-
Əmlak01:41Bakının bəzi ərazilərində torpaqlar BAHALAŞDI
-
Ekologiya01:11Bu gecə Azərbaycanda Super Ay müşahidə olunacaq
-
Magazin200:15Demet Özdemir Azərbaycan mahnısı paylaşdı - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Hissləriniz dərinləşir
-
Hadisə4 Dekabr 22:12Bakıda yeraltı keçiddə eskalator QIRILDI - Xəsarət alanlar var
-
Səhiyyə4 Dekabr 21:48Tibb bacısı huşunu itirən xəstəni BELƏ SOYDU
-
Hadisə4 Dekabr 20:24Azərbaycanda vəkil məhkəmədə DÖYÜLDÜ
-
Magazin24 Dekabr 18:48Cenifer Lopez ona həsr etdiyi xatirə döyməsini də SİLDİRDİ


































