Qırmızı.az
Nazirlik işdən azad etdiyi işçilərinin sayını açıqlayıb
Təhsil Nazirliyi 2013-cü ildə Azərbaycanda fəaliyyətlərində yol verdikləri nöqsanlara görə işdən azad olunan və tənbeh edilən təhsil işçilərinin sayını açıqlayıb.
Təhsil Nazirliyindən bildirilib ki, ötən il ciddi nöqsanlara yol vermiş 15 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib, 21 şəxs barəsində digər intizam tənbehi görülüb.
Nazirlik ötən il ərzində ölkədə saxta diplom faktlarının aşkarlanmasına da münasibət bildirib. Qeyd olunub ki, ötən il Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən hüquqi əsası olmayan diplomların verilməsi faktları aşkar edilib və müvafiq yoxlama aparılıb. Yoxlamanın nəticəsində toplanılmış materiallar mövcud qanunvericiliyə uyğun hüquqi qiymətin verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Qeyd olunan faktlarla əlaqədar cinayət işi açılıb və istintaq aparılır. Digər məsələlər istintaq zamanı müəyyən ediləcək. /Qafqazinfo/
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər