Qırmızı.az
“Torqovı”da qız üstündə qanlı dava – Video
İyunun 23-də axşam saatlarında Nizami (“Torqovı”) küçəsindəki “Mum” restoranında qanlı hadisə baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə şahidləri azxeber.com-a bildirib ki, dava qız üstündə baş verib. Belə ki, qızla restorana daxil olan oğlan yanındakı qızın restoranda olan başqa tanışı ilə danışdığını görüb onların üzərinə hücum çəkib. Əlbəyaxa dava zamanı qızın tanışı olan oğlan ağır bədən xəsarətləri alıb.
Bir neçə dəqiqə sonra isə dava yenidən qızışıb. Gəldiyi qızla restoranı tərk etmək istəyən oğlan bu dəfə qızın onunla getməməsinə əsəbiləşərək onu da döyməyə başlayıb. Zərərçəkənin dostlarının hadisə yerinə gəlməsi isə baş verən insidenti daha da böyüdüb.
Retoranın təhlükəsizlik xidmətinin olmaması insidentin böyüməsinə səbəb olsa da, hadisə yerinə Səbail RPŞ-nin əməkdaşları gəlib. Polisin gəlməsinə baxmayaraq, davaya səbəb olanlar hadisə yerindən qaça biliblər. Polis restoranın sahibini və hadisəyə şahidlik edən ofisantlardan birini polis bölməsinə aparıb.
Restorandan çəkilən görüntüləri təqdim edirik. Görüntülərdə davadan sonra yerdə qalan qan izləri görünür.
-
ABŞ10:52Trampdan sonra prezident o olacaq - Hazırlıqlar gedir
-
Hadisə10:21Biləsuvarda dəhşətli qəza - 5 nəfər öldü
-
Tarix10:11Astarada Səfəvilərə aid döyüş bayrağının başlığı aşkarlandı - VİDEO
-
MDB10:00Avtovağzalda dəhşət: Bıçaqla insanlara hücum etdi
-
Digər09:30Daşqın və sürüşmə 900 can aldı
-
İdman08:36Messi karyerasında 48-ci kubokunu qazandı
-
ABŞ08:12Pentaqondan NÜVƏ XƏBƏRDARLIĞI - “Trampın rəhbərliyi altında...”
-
Magazin106:16Murad Dadaşov oğluna toy etdi - VİDEO






























.jpg)



