İdman
Tramp iranlı futbolçularla bağlı çağırış etdi - Nəticə nə oldu?
ABŞ prezidenti Donald Tramp Avstraliya hakimiyyət orqanlarını İranın qadınlardan ibarət milli komandasına Asiya Kubokunda iştirak etdikdən sonra daimi sığınacaq verməyə çağırıb.
Publika.az xəbər verir ki, Tramp martın 9-da bu barədə sosial mediada yazıb:
“Avstraliya İranın qadın futbol komandasının zorla İrana qaytarılmasına icazə verməklə dəhşətli bir humanitar səhv edir və orada onların çox güman ki, öldürüləcəyi gözlənilir.
Bunu etmə, cənab Baş nazir. Onlara sığınacaq ver. Əgər verməsən, ABŞ onları qəbul edəcək. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm”.
İranın Avstraliyada keçirilən Asiya Kubokundan kənarlaşdırılmasından sonra qadın milli komandasının beş oyunçusunun komandanın düşərgəsindən qaçdığı bildirilib. Daha əvvəl İran dövlət televiziyasının aparıcısı Məhəmməd Rza Şahbazi İran qadın komandasını oyun zamanı dövlət himnini oxumadığına görə tənqid etmişdi: “Xainlərlə müharibə dövründə daha sərt davranılmalıdır”.
Bundan sonra FIFPro FİFA və Asiya Futbol Konfederasiyasından (AFC) oyunçuların təhlükəsizliyini təmin etmələrini istədi.
Qeyd edək ki, Avstraliya Trampın bu çağırışından sonra İranın qadın futbol yığmasının beş üzvünə ölkədə qalmaq üçün viza verməyə razılıq verib.
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial4 May 18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial4 May 16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...



























.png)


.jpg)



