Qırmızı.az
Notariuslarda bəzi prosedurların həyata keçirilməsi asanlaşdı
Azərbaycanda notariuslarda bəzi prosedurların həyata keçirilməsi asanlaşdı.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişikliklər edilib.
Həmin dəyişikliklərə əsasən, daşınmaz əmlak obyektlərinə
sərəncam verilməsi haqqında müqavilələr təsdiq olunarkən notariusa
arayışın verilməsinə ehtiyac qalmayacaq. Bu müqavilələr təsdiq
olunarkən, notarius daşınmaz əmlaka sərəncam verənin və ya onun
nümayəndəsinin (vəkil edilmiş şəxsin) ərizəsi və daşınmaz əmlak
obyektinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış
əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət
reyestrində qeydiyyata alınmış hüquqlara və onların
məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı "Elektron notariat"
informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edəcək.
İndiyədək isə notarius özgəninkiləşdirməyə qadağanın və həbsin
olmadığı barədə arayış tələb edirdi.
Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair məlumat olduqda, əmlaka sərəncam verilməsi haqqında müqavilə yalnız borcun əmlakı əldə edənin adına keçirilməsinə dair kreditorun və əldə edənin razılığı olduqda təsdiq ediləcək.
Yeni qərara görə, notarius hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı "Elektron notariat" informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edəcək.
Daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış vərəsə və ya onun nümayəndəsi tərəfindən təqdim edilir.
Bununla yanaşı, avtonəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi
və ya girov qoyulmasına dair müqavilələr Daxili İşlər Nazirliyinin
Dövlət Yol Polisi İdarəsi tərəfindən müayinədən keçməsi barədə
arayış təqdim olunduqdan sonra təsdiq ediləcək.
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO