Müğənni Rəqsanə qəzaya düşüb (FOTO)
Bizi izləyin

Qırmızı.az

Müğənni Rəqsanə qəzaya düşüb (FOTO)

Gecə saatlarında paytaxtda zəncirvari yol qəza hadisəsi baş verib.


ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yol qəza hadisəsi paytaxtın Bakıxanov küçəsində qeydə alınıb.


Qəza nəticəsində zərər dəyən avtomobillərdən biri müğənni Rəqsanə İsmayılovaya aid olub.


Qəzanın səbəbkarı olaraq qeyd edilən "BMW X6" markalı avtomobil "Daewoo" markalı avtomobilə, "Daewoo" isə "Chevrolet" markalı avtomobilə çırpılıb. Daha sonra "BMW X6"nın sürücüsü idarəetməni itirərək avtomobili Rəqsanə İsmayılovanın idarə etdiyi "Range Rover" markalı avtomobilə vurub. Zəncirvari qəzaya səbəb kimi "BMW X6" markalı avtomobilin yüksək sürətlə hərəkət etməsi, digərlərinin isə ara məsafəsini gözləməməsi göstərilir.


Qəzada avtomobillərə ziyan dəysə də, xoşbəxtlikdən xəsarət alan olmayıb.


Onu da qeyd edək ki, "Range Rover"-i müğənni Rəqsanə İsmayılova yox, onun sürücüsü idarə edirmiş, o isə arxa oturacaqda olub. Müğənni hadisədən sonra başqa bir avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşıb.







Oxumağa davam et
Reklam
Reklam

Gündəm