Qırmızı.az
Fuad Muradov: "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə böyük məsuliyyət düşür"
"Prezident İlham Əliyev hökumətin ötən gün keçirilən iclasında çıxışında görülən işlər, nailiyyətlər barədə geniş məlumat verdi, cəmiyyəti prosesdə fəal iştiraka çağırdı. Əlbəttə, nöqsanlardan da danışdı və bu bir daha onu göstərir ki, Azərbaycan prezidenti hər bir sahəyə xüsusi önəm verir. Ekologiya ilə bağlı səsləndirdiyi fikirlərdə də, son illərdə əldə olunan nailiyyətlərə toxundu". Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Fuad Muradov deyib.
Onun sözlərinə görə, Sovet dövründən qalma bir sıra ekoloji problemlərin həll edilməsini, xüsusən sənayenin inkişaf etdiyi bölgələrdə daha yaxşı görmək mümkündür:
“Sovet dövründə ekoloji problemlər mövcud olub. Həmin dövrdə də bu sahə üzrə müəyyən proqramlar qəbul olunsa da, lakin bəzi problemlər var idi. Müstəqillikdən sonra bu sahəyə xüsusi önəm verilməyə başlayıb. Millət vəkili seçildiyim Səbail rayonunda neft sənayesi yüksək səviyyədə inkişaf etmişdi, böyük müəssisələr Bakı buxtasında yerləşirdi. Neftlə çirklənmiş zonaların təmizlənməsi böyük vəsait tələb edirdi ki, dövlət başçısı bununla bağlı xüsusi sərəncam vermişdi. Bu işlər görüldü və çox gözəl nəticə verdi. Keçmiş Qara şəhər Ağ şəhərə çevrilib. Bu zonada böyük təmizləmə işləri, yeni binaların tikintisi aparılıb. Sovet vaxtında düzgün istismar edilməyən neft quyularının təmizlənməsi, həmin ərazilərin yaşıllaşdırılması istiqamətində işlər görülüb”.
F.Muradovun sözlərinə görə, ekologiya səhəsində görülən işlərin davam edirilməsində qanunvericilik baxımdan da yeniliklərə ehtiyac var:
“Bu sahədə işlərin davam etdirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə böyük məsuliyyət düşür. Çünki bu gün dünyada əsas problemlərdən biri su mənbəyi ilə bağlıdır. Bu baxımdan ölkədəki göllərin təmizlənməsi ilə bağlı uğurlu işlər görülüb. Xüsusən, Masazır, Böyükşor göllərində görülən işləri göstərmək olar. Bu işlər davamı üçün daha müasir qanunların qəbul olunmasına çalışmalıyıq. Hesab edirəm ki, bu sahədə də addımlar atılacaq. Düşünürəm ki, Bakı, Sumqayıt, Gəncə kimi böyük şəhərlərdə ekoloji məsələ 1 nömrəli məsələdir. Bu işlər də planlı şəkildə həyata keçirilir”.
Xatırladaq ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ekologiya ilə bağlı görülən işlərə də toxunub. Bakı ətrafında ekoloji fəlakət mənbəyi olan göllərin təmizlənib, gözəl ekoloji layihəyə çevriləcəyini deyib.
Gülxar
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO