Qırmızı.az
Maye qaz maşını partladı: 70 yaralı
Türkiyədə maye qaz yüklü tanker aşaraq partlayıb. ANS PRESS-in
xəbərinə görə, hadisə Diyarbəkir – Bingöl magistral yolunda baş
verib.
Məlumata görə, magistral yolun 90-cı kilometrliyində aşan tanker
yanmağa başlayıb. Yanğın nəticəsində tankerdə güclü partlayış baş
verib. Partlayışın şiddətindən yoldan keçən 2 sərnişin avtobusu ilə
digər avtomobillərdə olan 70-ə yaxın sərnişin yaralanıb.
Yaralılardan 20 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
Tankerin sürücüsü partlayış baş vermədən əvvəl yoldan keçənlər
tərəfindən maşından çıxarıldığından qəzada ölən olmayıb.
Hadisə yerinə çox sayda təcili yardım avtomobili ilə ambulans
–helikopter cəlb olunub. Yaralılar yaxınlıqda olan xəstəxanalara
çatdırılıblar.
-
Magazin111:43
"Pozğunluğun reklamı yüksək səviyyədə idi"
-
Sosial11:13
Hoteldə ölən 4 dost haqda ilginc faktlar: Prezident ev vermişdi
-
Dünya10:32
Ərdoğanın bu sözləri Yunanıstanda manşet oldu: Hər kəsin diqqəti ona yönəldi
-
Qoroskop09:42
Sevdiyini anında unudub yeni eşqə yelkən açan ÜÇ BÜRC
-
Nida Xəbər 09:36
Yağış, qar, dolu... - FAKTİKİ HAVA
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI