Qırmızı.az
Hamyerlimiz Norveçdə ən böyük apellyasiya məhkəməsinin hakimi seçildi
“Oslo Azərbaycan Evi»nin və Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili və Mədəniyyəti Məktəbinin rəhbəri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə əlaqələndiricisi Ramil Əliyev ölkənin Borqartinq Apellyasiya Məhkəməsinin kollegial hakimi seçilib.
Publika.az xəbər verir ki, bu seçki müddəti 2021–2024-cü illəri əhatə edəcək. Həmyerlimiz artıq kollegial hakim kimi ilk məhkəmə işində vəzifəsini icra edib.
Norveçdə 6 Apellyasiya Məhkəməsi fəaliyyət göstərir. Borqartinq Apellyasiya Məhkəməsi onların ən böyüyü hesab olunur. Bu məhkəmənin yurisdiksiyası ölkənin paytaxtı Osloya, Buskerud, Estfoll quberniyalarına və Akersxusun cənub hissəsinə aiddir. Məhkəmə proseslərində iştirak edən 7 kollegial hakim qərarların verilməsində bərabər hüquqa və səs haqqına malikdir.
Qeyd edək ki, Ramil Ənvər oğlu Əliyev 1978-ci ilin 14 fevral tarixində Bakı şəhərində anadan olub. Bakıdakı Xəzər Univeristetində, Misirdəki Qahirə Universitetində, Norveç Krallığında Tromso və Oslo Universitetlərində bakalavr və hüquq üzrə master dərəcəsini alıb. Azərbaycan diaspor hərəkatının gənc və fəal liderlərindən biridir. Norveçdə "NAYO"nun, “Oslo Azərbaycan Evi"nin və Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili və Mədəniyyəti Məktəbinin təsisçisidir.
Diasporla İş üzrə Dövlət Komitəsi olaraq soydaşımızı təbrik edir və hakimlik fəaliyyətində uğurlar arzulayırıq.
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq










.jpg)
























