Qırmızı.az
Bakıda məşhur restoran və çay evi cərimələndi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 416 ictimai iaşə obyektində 741 monitorinq keçirib.
AQTA-dan Publika.az-a verilən məlumata görə, monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Xətai rayonu, Q. S. Mehmandarov küçəsi 50M ünvanında yerləşən, fiziki şəxs Ədilov Qəşəm Qalib oğluna məxsus “Pətək” çay evi;
2. Bakı şəhəri, Xətai rayonu, Babək pr., ev 90C ünvanında yerləşən, fiziki şəxs Nəcəfov Ceyhun Qəhrəman oğluna məxsus kafe;
3. Bakı şəhəri, Səbail rayonu, T. Əliyarbəyov küçəsi 14 ünvanında yerləşən, fiziki şəxs Dadayev Fərid Rasim oğluna məxsus “Firuzə” restoranı;
4. Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küç., ev 64 ünvanında yerləşən, fiziki şəxs Sebahettin Demirə məxsus dönər evi.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.
-
Ekopublika.az19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO









.jpg)

.jpg)












.jpg)


.jpg)








