Qırmızı.az
Qazilərin adından çirkin məqsədlər üçün istifadə edirlər - FOTO
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında “Vətənpərvərliyin təbliği istiqamətində görülən işlər və mənfi təzahürlər” mövzusunda konfrans keçirilib.
Publika.az">Publika.az xəbər verir ki, konfrans Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın nitqi ilə başlayıb.
O, dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsini yad edib, Azərbaycan Ordusunun bu müharibədə göstərdiyi qəhrəmanlığa diqqət çəkib.
Fatma Səttarovanın sözlərinə görə, 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyev əsl sərkərdəlik məharəti sərgiləyib, bu mübarizədə işğalçı Ermənistan üzərində əldə edilən qalibiyyət Azərbaycan tarixinə qızıl hərflərlə həkk edilib.
Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov dövlətin qazilərə, müharibə əlillərinə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edib, bu istiqamətdə həyata keçirilən layihələrdən danışıb: "Qazilərə, müharibə əlillərinə və şəhid ailələrinə dövlətin göstərdiyi mütəmadi diqqət və qayğı beynəlxalq praktika üçün Azərbaycan modelini formalaşdırıb ki, bu model bütün dünyada maraq və təqdirlə qarşılanmaqdadır. Vətən müharibəsində olduğu kimi, bu gün də cəmiyyətin bütün kateqoriyalarının, o cümlədən qazilərin dövlətimiz və onun Prezidenti ətrafında birləşməsi zəruridir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı vətənpərvərliyin təbliği istiqamətində çoxşaxəli fəaliyyət ortaya qoymaqdadır. Bu məqsədlə qazilərlə mütəmadi görüşlər keçirilir, onların qayğılarının öyrənilməsi və həllinə dəstək verilir".
Onun sözlərinə görə, son vaxtlar cəmiyyətdə müşahidə edilən bəzi mənfi təzahürlər narahatlıq doğurur: "Bəzi hallarda müxtəlif şəxslər qazi adından sui-istifadə etməyə cəhd edir ki, bu da yolverilməzdir. Vətən müharibəsində iştirak etməyən bəzi şəxslərin özünü qazi kimi təqdim edərək müxtəlif iddialarla çıxış etməsi, dövlətin qazilərə olan diqqət və qayğısına kölgə salmağa çalışması kimi hallara qarşı ictimaiyyət də fəal reaksiya verməli, bu cür şəxslərin qanunsuz əməlləri ifşa olunmalıdır. Bəzi radikal və təxribatçı qüvvələr qaziləri özlərinə cəlb etməyə, onların adından və nüfuzundan çirkin, qeyri-sağlam məqsədlərini reallaşdırmağa çalışırlar ki, bu da anti-xalq və anti-dövlət mahiyyəti daşıyır. Bəzi qüvvələrin qazilərdən, onların cəmiyyətdəki nüfuzundan dövlətə qarşı istifadə etməyə cəhd etməsi yolverilməzdir və qaziləri bu kimi hallarla bağlı diqqətli olmağa, hər zaman olduğu kimi, bundan sonra da dövlətin və onun Prezidentinin ətrafında birləşməyə səsləyirik".
Cəlil Xəlilov bildirib ki, qazilərə diqqət və qayğı sadəcə dövlətin deyil, hər bir vətəndaşın borcudur: "Bununla yanaşı, qazi adı daşıyan şəxslər də öz arzu və istəklərini mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə ifadə etməlidirlər. Son vaxtlar 44 günlük Vətən müharibəsi və 2016-cı ilin Aprel döyüşləri iştirakçılarından 800 nəfərə qədər qazi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına üzv olub. Respublikanın bütün bölgə və rayonunda təşkilatımızın yerli strukturları mövcuddur. Mən qazilərimizi təşkilata üzv olmağa səsləyirəm. Onlar təşkilatdaxili müzakirələr və tədbirlərdə iştirak edə, onları narahat edən, düşündürən məsələləri dilə gətirə, təşkilatın imkanlarından yararlana bilərlər”.
Qeyd edək ki, konfransda qazilər və 44 günlük Vətən müharibəsi iştirakçıları ilə yanaşı, xüsusi təyinatlı qüvvələrin ehtiyatda olan mayoru Salman Hüseynov, ehtiyatda olan kiçik çavuş Elçin Əhmədov, polkovnik-leytenant Şahin Məmmədov da iştirak edib.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı














.jpg)













.jpg)



.jpg)

