Qırmızı.az
Qaz istehlakı son aylarda maksimal həddə çatıb
"Ötən gün Azərbaycanda təbii qazın istehlak həcmi əvvəlki günə nisbətən 2,696 milyon kubmetr çox olub. Yanvarın 20-si ən çox qaz istehlak edilən gün olub".
Publika.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov KİV nümayəndələri ilə keçirilən növbəti “Açıq qapı” aksiyası zamanı bildirib.
Onun sözlərinə görə, gün ərzində 42,269 milyon kubmetr qaz istehlak edilib. Bunun 24,961 milyon kubmetri Bakı və Abşeronun, qalan 17,308 milyon kubmetri isə bölgələrin payına düşüb.
Birliyin 104 Operativ xidmət şöbəsinin rəisi Xalidə Şimşək ölkə üzrə təbii qaz limitinin yenilənməsi prosesi ilə bağlı son statistik göstəriciləri media nümayəndələrinin diqqətinə çatdıraraq bu işlərin tamamilə yekunlaşdığını bildirib.
Hüquq Departamentinin rəisi Vüqar Eyvazov isə media nümayəndələrinin hansı halda “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarının abonentin evinə yaxınlaşmasına icazə verilməsilə bağlı olan sualını cavablandırıb.
src="/storage/files/upload/6752b4a3e80ba2b160762cbcbb6fe39f251e56b4.jpg" style="width: 585px; height: 390px;" class="fr-fic fr-dib">
Departament rəisi abonentlərə səslənərək Birliyin məsuliyyət həddinin qanunvericiliyə əsasən, sayğaca qədər olduğunu, lakin sayğacdan sonra istehlakçının özünün hər hansısa bir xidmətlə bağlı dəvəti olarsa, əməkdaşların fərdi yaşayış evinə və ya mənzilə daxil olmasının mümkün olduğunu bildirib. Yəni, mövcud qanunvericiliyə görə vətəndaşın icazəsi olmadan Birlik əməkdaşı evə daxil ola bilməz.
Hər həftə təşkil olunan “Açıq qapı” aksiyası Birliyin “Facebook” səhifəsində canlı yayımlanır. Bu da KİV nümayəndələri ilə bərabər adi vətəndaşlara da onları maraqlandıran suallara cavab tapmasına köməklik edir.
Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov canlı yayım zamanı vətəndaşlar tərəfindən yaşayış məntəqələrinin və yeni yaşayış massivlərinin qazlaşdırılması ilə bağlı ünvanlanan suallara aydınlıq gətirib. Şöbə rəisinin sözlərinə görə, 2022-ci ilin qazlaşma proqramına əsasən, 110-a yaxın yaşayış məntəqəsinin və yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp

























.jpg)
.jpg)





