Qırmızı.az
Azərbaycanda satılan kolbasalarla bağlı ŞOK FAKTLAR - Görün nəyi YEYİRİK
Hazırda ölkəmizdə kolbasa məhsulları, xüsusilə də xaricdən idxal olunan ət məhsulları ilə bağlı ciddi problemlər var. Əsas problem xaricdən keyfiyyətsiz ət məhsulları bəzəkli etiketlərlə, süni dadvericilərlə, süni stabilizatorlarla və s. zənginləşdirilərək Azərbaycana gətirilir. Mağazalarda təxminən 70% xarici kolbasa və ət məhsullarıdır. Bu, bizi narahat edir.
Bunu Publika.az-a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.
O bildirib ki, xaricdən, xüsusilə də Rusiyadan gətirilən kolbasa məhsullarının keyfiyyəti heç də bizim gördüyümüz cəzbediciliyi qədər deyil: “Onların tərkibinə əksər hallarda soya unu, digər qarışıqlar, heyvanın başı, yeyilməyən hissələri, donuzun dərisi və s. qatılır. Azərbaycanda kəsim məntəqələrində heyvan sümükləri atılır. Lakin Rusiyada və digər ölkələrdə sümüklər una çevrilərək kolbasaların tərkibinə qarışdırılır. Bir sözlə, Azərbaycan bazarına daxil olan xarici kolbasa məmulatları narahatlıq doğurur. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qidanın təhlükəsizliyini təmin edir, keyfiyyət məsələsi isə ortada qalır. Heç bir dövlət orqanı demək olar ki, keyfiyyətlə məşğul olmur. Buna görə təklif edirik ki, AQTA ölkəyə idxal olunan məhsullarına keyfiyyətinə də nəzarət etsin”.
src="/storage/files/upload/39047f9c1298441bcec7307db44091bafc27b260.jpg" style="width: 497px; height: 301.562px;" class="fr-fic fr-dib fr-fil">
E.Hüseynov qeyd edib ki, mağazalar müəyyən pul qarşılığında xarici kolbasa məhsullarına daha çox yer verirlər: “Bu, arzuolunmazdır. Xarici kolbasa məhsullarının yararlılıq tarixinə baxsaq, örərik ki, 1,2 və 3 ay olanlar var. Yerli məhsullar bütün hallarda onlardan üstündür. Bu gün yerli məhsullara da tam yaxşıdır demək doğru olmaz. Ancaq xarici kolbasa məhsullarına nisbətən daha yaxşıdırlar. Kolbasa məhsullarının tərkibinə bütün hallarda kimyəvi maddələr qatılır. Yerli şirkətlər məsafə qət etmədikləri üçün bu maddələri daha az miqdarda əlavə edirlər. Yerli məhsullarda da fərqlər var. Məsələn, üzərində etiketi olmayan, qırmızı parıldayan kolbasalar var ki, insanları cəlb edir. Bu kolbasa növləri keyfiyyətsiz olmaqla yanaşı, təhlükəlidir.
İnsanlar düşünürlər ki, kolbasanın bir kiloqramı ətin qiymətinin yarısına bərabərdir. Ancaq tam əminliklə deyə bilərəm ki, bir kilosu 4 manata yerli, təmiz, murdar olmayan təzə ət var. Bu, qocalmış heyvanların ətidir. Daxili İşləri Nazirliyi (DİN) murdar ətlərin, xüsusilə də at və digər heyvanların kəsilərək Bakıya daşınmasını aşkar edir. Şəffaf fəaliyyət göstərməyən kolbasa sexlərində məhz bu cür heyvanların ətindən istifadə olunması istisna olunmur. Bu cür problemlər xarici ölkələrdə də var”.
AİB sədri vurğulayıb ki, kolbasa məhsullarında halal məsələsi də keyfiyyət kimi ortalıqda qalıb: “Xarici ölkələrdən gələn məhsullara yüksək pul müqabilində Azərbaycanda olan bəzi MMC-lər halallıq sertifikatı verir. Bu məsələ həll olunmamış qalır. Məsələn, ayrı-ayrı ölkələrdən, xüsusilə də Ukraynadan “halal məhsul” nişanı ilə toyuq ətləri idxal olunur. Hətta iş o yerdədir ki, “KFC” Amerika Restoranlar Şəbəkəsinin belə halallıq sertifikatı var”.
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 11:48Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı - FOTO
-
İdman11:12AFFA-nın yeni qərarı faydalı olacaq? - Komandalar arasında böyük uçurum var
-
Nida Xəbər 09:33DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi







_4155e4c714f9d3fb787af0d3d72eb9b4.jpg)





.jpg)




.jpg)





.jpg)













