Qırmızı.az
Şeyxin səlahiyyəti niyə məhdudlaşdırılır? - AÇIQLAMA
“Dini etiqad azadlığı haqqında” Qanuna ediləcək dəyişiklər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Müzakirələr daha çox nəzir qutularına verilən ianələrə nəzarətlə bağlıdır.
Dəyişikliyə əsasən, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edəcəklər.
Eyni zamanda, toplanan ianələrə nəzarət səlahiyyəti daha Qafqaz Müsəlmanları İdarəsində deyil, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olacaq.
“Dini etiqad azadlığı haqqında” Qanuna təklif edilən dəyişikliklər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətinin məhdudlaşdırılması haqqında fikirlər yaradıb.
Publika.az xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa Modern.az-a açıqlamasında bəzi prosedur qaydalarının dəyişdirildiyini bildirib.
O qeyd edib ki, adı çəkilən qurumun səlahiyyətlərinin alınmasından söhbət gedə bilməz:
“Qafqaz Müsəlmanları İdarəsi öz mövcudluğunu saxlayır. Bu qurum Qafqazda Azərbaycan üçün indiki məqamda çox vacib təşkilatdır. Çünki şeyxülislamın Qafqaz arealında şəxsiyyətinə, nüfuzuna olan münasibət kifayət qədər böyükdür. Ona görə də hər hansı şəkildə onun fəaliyyətinin məhdudlaşdırılmasından söhbət gedə bilməz”.
Deputat bildirib ki, qanunda qeydiyyatla bağlı prosedur qaydaları dəqiqləşdirilir:
“Bir qədər də nəzarət sistemi artırılır. Bir çoxları dini icmalar adı ilə çox vaxt siyasi məqsədlərini həyata keçirməyə çalışırlar. Bu da Azərbaycan üçün müəyyən problemlərin yaranmasına gətirib çıxara bilər. Ona görə də bu məsələlərdə dəqiqləşməyə ehtiyac duyulduğuna görə belə addım atılır. Amma Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətinə indiki məqamda hansısa şəkildə toxunmaq məqsədəuyğun deyil”.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi




































.jpg)


