Qırmızı.az
Cəfərzadə haqqında məqalə “Vikipediya”nın özbək dili bölməsində - FOTO
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Aləmdə səsim var mənim” adlı layihəsinin icrası məqsədilə XX əsrin Azərbaycan ədəbiyyatında xüsusi çəkisi olan görkəmli yazıçı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadə haqqında “Vikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində bölmə yaradılıb.
Publika.az xəbər verir ki, bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
Azərbaycan Mədəniyyət Mərkəzinin “Vikipediya” heyəti tərəfindən yaradılmış bölmədə Əzizə Cəfərzadənin həyatı, yaradıcılığı, folklor sahəsində apardığı tədqiqatlar, yaratdığı əsərlər, romanlar, hekayə və nağıllar, habelə onların siyahısı və s. məlumatlar yer alıb.
Qeyd olunur ki, Əzizə Cəfərzadə müxtəlif janrlarda yazmasına baxmayaraq, Azərbaycan ədəbiyyatında daha çox tarixi romanlar müəllifi kimi yadda qalıb. Yazıçının əsərlərində qədim dövrlərdən başlayaraq XX əsrə qədər Azərbaycan tarixinin mürəkkəb keşməkeşli hadisələri öz əksini tapıb.
Yaradılan məqalədə vurğulanır ki, Əzizə Cəfərzadə müasir Azərbaycanın nəsr tarixinin roman janrını yenidən həyata gətirərək onu öz əsərləri ilə zənginləşdirib.
Onun əsərlərinin hər birində, xüsusilə tarixi romanlarında vətən sevgisi, torpaq yanğısı, xalq məhəbbəti özünü açıq şəkildə büruzə verir.
“Vikipediya” Elektron Ensiklopediyasında yaradılan Əzizə Cəfərzadə haqqında özbək dilində bölmə ilə https://uz.wikipedia.org/wiki/Aziza_Jafarzoda linkində tanış olmaq mümkündür.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə tarixi əsərlər müəllifi Əzizə Cəfərzadənin “Bakı 1501” romanının özbək dilinə tərcümə layihəsi həyata keçirilir. Əsər özbək dilinə tərcüməçi-alim Rüstəm Cabbarov tərəfindən çevrilir. Mədəniyyət Mərkəzi sözügedən əsərin Özbəkistanda nəşrini planlaşdırır.
Azərbaycan Mədəniyyət Mərkəzi bu il Daşkənddə görkəmli yazıçı, tarixi əsərlər müəllifi, tanınmış ədəbiyyatşünas alim Əzizə Cəfərzadənin yaradıcılığına dair “Aləmdə səsim var mənim” adlı Azərbaycan-Özbəkistan birgə beynəlxalq konfransının da keçirilməsini nəzərdə tutur. Beynəlxalq konfransda hər iki ölkənin, o cümlədən türk dünyasının tanınmış ədəbiyyat xadimlərinin, yazıçılarının iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, Mərkəzin “viki” könüllüləri bir müddətdir ki, “Qorqud” Vikipediya Metodik Klubunun təlimlərində fəal iştirak edirlər. Könüllülər Azərbaycan tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri haqqında məqalələr yaradırlar və əsaslı mənbələrlə redaktə edirlər. Xüsusilə, qrup bir neçə müddətdir ki, “Vikipediya”nın özbək dili bölməsində Qarabağ həqiqətlərinin çatdırılması istiqamətində effektiv işlər görür.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


