Qırmızı.az
Yoluxma sürətlə artır: Qapanma olacaq?
“Gəlin, əvvəlcə son günlərin yoluxma statistikasına, rəqəmlərə diqqət yetirək. Bu qədər yoluxma müqabilində ölüm sayı virusun əvvəlki ştamlarına, analoqlarına nisbətən xeyli aşağıdır. Bütün bunlar onu göstərir ki, virusun yoluxma intensivliyi, yoluxma qabiliyyəti çox yüksəkdir, amma ölüm riski göstəriciləri bir xeyli aşağıdır”.
Bunu Publika.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla son günlər yoluxma statistikasının xeyli artmasına münasibət bildirərkən deyib.
Həkimin fikrincə, nəzərə almaq lazımdır ki, ölənlərin sayının statistikasında əvvəlcə “delta” variantına yoluxan, uzun müddət reanimasiyada yatan xəstələrin adları yer alır:
“Bu kateqoriyadan olan ölüm hallarını çıxdıqda görərik ki, “omikron” ştamının ölüm göstəriciləri xeyli aşağıdır. Yaranmış vəziyyətdən çıxmaq üçün hər halda, biz dünya təcrübəsinə əl atmalıyıq. Hesab edirəm ki, “omikron” ştamı özünün pik nöqtəsinə çatandan sonra yoluxma sayında, eləcə də ölüm hallarında sürətlə eniş baş verəcək. Ayrı-ayrı ölkələrdə, məsələn, İngiltərədə, Almaniyada, hazırda Danimarkada həyat demək olar ki, öz axarında davam edir. Hər yer açıqdır. Qapanma yoxdur. Hətta Amerikanın özündə də sərt tədbirlərə getmək qərarı qəbul olunmayıb”.
Adil Qeybulla hesab edir ki, Azərbaycanda da sərt karantin qaydalarının tətbiqinə ehtiyac duyulmamalıdır:
“Sadəcə olaraq, qızdırması olan, özündə müəyyən simptomları hiss edən, vaksinasiya olunmayan şəxslərin kütləvi tədbirlərdə, toylarda, yaslarda iştirakı təmin edilməsin. Sadəcə olaraq müəyyən kriteriyalar çərçivəsində ictimai həyat davam etməlidir. Qapalı mühitə daxil olduqda əllərin dezinfeksiyası, tibbi maskadan istifadə, məsafənin gözlənilməsi yetərlidir. Sosial həyatı məhdudlaşdırmağı məqsədəuyğun saymıram”.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




















.webp)













.jpg)


