Qırmızı.az
Əmanətlərin Sığortalanması Fonduna yeni TƏYİNAT
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoruna yeni müavin təyin edilib.
Publika.az">Publika.az xəbər verir ki, bu vəzifə Akşin Cahangirova həvalə olunub.
O, bundan əvvəl Fondun icraçı direktorunun strateji inkişaf və beynəlxalq əlaqələr üzrə müşaviri olub və yeni vəzifəsində 2017-ci ildən bəri müavin işləyən Vüqar Abdullayevi əvəz edib.
ADIF Milli Məclisin 29 dekabr 2006-cı il tarixində qəbul etdiyi “Əmanətlərin sığortalanması haqqında” qanuna və Prezident İlham Əliyevin 9 fevral 2007-ci il tarixində imzaladığı fərmana əsasən yaradılıb, 12 avqust 2007-cil tarixindən fəaliyyətə başlayıb. Fondun məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.
ADIF-i ali idarəetmə orqanı olan Himayəçilik Şurası və icra orqanı olan İcraçı direktor idarə edir.
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
































