Qırmızı.az
Rektor işə bir neçə nəfərin köməyilə gedib-gəlir - VİDEO
“Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov bir ildən çoxdur ki, ağır xəstədir. Rektor insult keçirib. Ancaq o, postundan əl çəkmir, ağır vəziyyətdə universitetə gəlib gedir”.
Publika.az xəbər verir ki, bu barədə Teleqraf.com-a adının açıqlanmasını istəməyən məlumatlı şəxs bildirib.
Mənbənin fikrincə, belə ağır xəstə olan bir şəxsin ali təhsil müəssisəsində məsuliyyətli bir vəzifədə qalması yolverilməzdir: “Akif Süleymanov ağır xəstə olduğu üçün bir neçə şəxsin köməyi ilə inzibati binanın 2-ci mərtəbəsindəki iş otağına çətinliklə qaldırılır və 3-4 saatdan sonra həmin şəxslərin yardımı ilə düşürdülərək maşına otuzdurulub evinə yola salınır”.
Məsələ ilə bağlı Azərbaycan Texnologiya Universitetinin mətbuat xidmətinin rəhbəri Xəyalə Məmmədova Teleqraf.com-a bildirib ki, rektor postuna təyinat və azad olunma Prezidentin səlahiyyətlərinə aid məsələdir: “Hazırda rektorun səhhətində ciddi problem yoxdur. Yayılan görüntülər bir müddət rektorun təzyiqlə bağlı problemlər yaşadığı vaxta təsadüf edir. İddia olunduğu kimi o, insult keçirməyib, təzyiqlə bağlı problemləri olub. Həkimlərin diaqnozlarında da rektorun xəstəliyi hipertoniya qeyd olunub.
Akif müəllim hazırda işinin başındadır. Ciddi bir problemi olsa, işinə davam edə bilməz. Hər gün işə gedib-gəlir, bu da onun səhhətinin işi idarə edə biləcək qaydada olmasından xəbər verir”.
Akif Süleymanov özünün istefa verib-verməməsinə gəlincə, universitet rəsmisi bu haqda məlumatlı olmadığını deyib: “Hazırda o, işinə davam edir”.
Videonu təqdim edirik:
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
































.jpg)

.jpg)
