Qırmızı.az
Bu, dövlətin jurnalistlərə verdiyi dəyərdir - Ekspert
“Hər kəsə bəllidir ki, jurnalistikada təkcə ipoteka kreditləri ilə bağlı deyil, adicə banklara müraciət etməklə əlaqədar bir çox problemlər yaşanırdı”.
Bu fikirləri Publika.az-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.
Ekspertin sözlərinə görə, jurnalistlərin maaşlarının az göstərilməsi və ya az olması, həmçinin bütövlükdə banklarda jurnalistlərə olan münasibət nəticə etibarilə ipoteka və hətta istehlak kreditlərinin götürülməsinə imkan vermirdi: “Bu aspektdən yanaşsaq, ipoteka kreditləri ilə bağlı güzəştlərin edilməsinin qanunla təsdiqi çox önəmli məqamdır. Bu da mahiyyət etibarilə Azərbaycan dövlətinin jurnalistlərə göstərdiyi münasibət və verdiyi dəyər kimi qiymətləndirilməlidir. Hər bir jurnalistə qanuvericilikdə nəzərdə tutulduğu kimi, bu cür imkan yaradılacaq. Bütün bunlarla yanaşı, məlum olduğu kimi, ipoteka kreditləri xüsusi olaraq seçilmiş sahələrdə çalışan insanlara verilir. Yəni, dövlət qulluqçuları, sosial müdafiəyə ehtiyacı olan və dövlət üçün mühüm əhəmiyyət kəsb edən sahələrdə çalışan insanlar faktiki olaraq ipoteka kreditlərindən yararlanırlar.
Düşünürəm ki, gənc həmkarlarım onlar üçün nəzərdə tutulan güzəştlərdən yararlana biləcəklər. Təbii ki, bu, yeganə sosial paket deyil. Nəzərinizə çatdırım ki, qanunun fəlsəfəsi və “Media haqqında” qanunda yer alan bir sıra məqamlar sonradan proses ərzində yeni sosial paketlərin müəyyənləşdirilməsində özünü büruzə verəcək”.
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
































