Qırmızı.az
126 saxta səhifə bloklanıb - Nazir müavini
Bu gün informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, informasiya axınının sürətlənməsi və yeni informasiya ekosisteminin formalaşması dezinformasiyaya olduqca münbit şərait yaradır. İnternet vasitəsilə saxta xəbərlərin yayılması beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır.
Publika.az xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Sosial Tədqiqatlar Mərkəzinin hazırladığı kitab təqdimatına həsr olunan konfransda bildirib.
"Vətən müharibəsi dövründə ölkəmizdə aktiv sosial şəbəkə istifadəçilərinin hesablarının fəaliyyəti əsassız şikayətlər nəticəsində məhdudlaşdırılıb. Bununla əlaqədar sosial şəbəkə inzibatçılarına edilmiş müraciətlər nəticəsində əksər hesabların fəaliyyətinin bərpası təmin edilib. Sevindirici haldır ki, hazırda ölkəmiz kibertəhlükəsizlik baxımından bir çox inkişaf etmiş dövlətlərdən öndədir. Belə ki, Beynəlxalq Telekommunikasiya İttifaqının sonuncu "Qlobal kibertəhlükəsizlik indeksi" hesabatına əsasən, Azərbaycan reytinqdə öz mövqeyini 15 pillə yaxşılaşdıraraq 40-cı yerdə qərarlaşıb" - nazir müavini qeyd edib.
Rövşən Rüstəmov vurğulayıb ki, onlayn xəritə platformalarında ölkəmizə məxsus müxtəlif coğrafi adların, o cümlədən işğaldan azad edilmiş ərazilərin adlarının məqsədli şəkildə dəyişdirilməsi halları ilə əlaqədar bu platforma inzibatçılarına müraciətlər edilib, coğrafi adların bərpa edilməsinə nail olunub: "Həmçinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı" layihəsi hazırlanıb".
Nazir müavini əlavə edib ki, 2022-ci ilin 1 yanvarından bu günə qədər nazirlik tərəfindən 126 saxta səhifə bloklanıb: "Bu səhifələr siyasi rəhbərlərin, dövlət qurumlarının adına açılaraq orada saxta məlumatlar paylaşılırdı. Ancaq bu kimi halların qarşısı mütəmadi olaraq alınır".
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





































.jpg)


