Qırmızı.az
Mərkəzi Bankın yeni sədri olacaq 39 yaşlı Taleh Kazımov KİMDİR? - DOSYE - FOTO
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın idarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə edilib.
Hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onları Milli Məclisin plenar iclasında müzakirə üçün tövsiyə edib.
Publika.az Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə namizəd olan Taleh Kazımovun dosyesini təqdim edir:
T.Kazımov 11 sentyabr 1983-cü ildə anadan olub.
Azərbaycan Texniki Universitetinin “Avtomatika və hesablama texnikası” fakültəsinin bakalavr pilləsini bitirib, daha sonra Azərbaycan Dövlət Neft Akademiyasında MBA dərəcəsi və Georgia State University-də kommersiya üzrə dərəcə alıb.
2013 ildə T.Kazımov London Business School (Böyük Britaniya) və Harvard Business School (ABŞ) məzunu olub.
Peşəkar fəaliyyətə 2001-ci ildən başlayıb. 2004-cü ildən 2006-cı ilədək davam edən dövrdə “Bank Standard” QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Xəzinədarlıq departamentinin aparıcı mütəxəssisi, İdarəetmə uçotu və büdcə planlaşdırılması istiqamətinin rəhbəri, Korporativ kreditləşmə istiqamətinin direktor müavini vəzifələrində işləyib. 09.2006-cı ildən 01.2007-ci ilədək “Ernst & Young” şirkətində auditor vəzifəsini tutub. 01.2007-ci ildən 07.2007-ci ilədək “FinEko” İAA-nın Baş direktoru vəzifəsini tutub.
Taleh Kazımov 07.2007-ci ildən “PAŞA Bank”da Risklərin İdarəedilməsi Departamentinin meneceri vəzifəsində işləməyə başlayıb, 2009-ci ilin avqustundan isə Bankın Xəzinədarlıq Departamentinin direktoru vəzifəsini tutub.
7 dekabr 2011-ci ildən “PAŞA Bank”ın İdarə Heyətinin üzvü seçilib.
Korporativ və biznes-bankinq istiqamətləri, investisiya bloku, ticarət maliyyələşdirməsi, maliyyə institutları və kredit menecmenti sahələri onun kurasiyasında olub.
Elman Rüstəmovun gedişindən sonra Azərbaycanın baş bankiri postuna Taleh Kazımovun gətiriləcəyi gözlənilir.
-
Magazin122:36Alim Qasımovla yeni qohum olan kürəkən iş axtarır - Video
-
İdman20:36Ronaldo bu gün məşqə də çıxmadı - Nə baş verir?
-
Magazin120:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu







.jpg)













.jpg)

.jpg)












