Qırmızı.az
Vətəndaşların bu cərimələri ləğv edilməlidir - Millət vəkilindən SƏRT ETİRAZ
Operativ Qərargahın şərtlərinə görə AZAL ilə səyahət edənlər uçuşdan əvvəl 72 saat ərzində alınan COVID-19-a dair PCR testin mənfi nəticəsi haqqında arayış təqdim etməlidir. Vaxt var idi ki, bütün dünya bunu tətbiq etmişdi. Indi isə bu tələb aradan qaldırılmalıdır. Əsəb, gərginlik, stres, öz vətəninə qayıda bilməmə qorxusu, xərcə düşmə riski və s.
Publika.az xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev Milli Məclisin bugünkü iclasında deyib.
"Mən iki dəfə ürəyimi ağrıdan hadisəyə şahidlik etmişəm. Bir dəfə İstanbulda, bir dəfə də İtaliyadan uçanda. Gözü yaşlı ana və körpə uşağ da qucağında. Ana, doğulduğu ölkəsinə, evinə-eşiyinə, balalarının yanına qayıtmaq istəyirdi. PCR testin yoxdur, istəyirsən yıxıl öl, icazə verməyəcəklər. Mən bu yanaşmanın tam əleyhinəyəm və bunu ədalətsiz qərar sayıram. İstanbul hava limanından Bakıda, hava limanında xeyli insana zəng etdim, o qadına kömək edə bilmədim. O isə məni pənah bilmişdi ki, bəlkə deputatın sözünü eşidərlər. Olsun, etirazım yoxdur, qanun qanundur. Amma, gerçəklik tələb edir ki, bu qərar dəyişsin.
Hər kəs üç dəfə peyvənd olunub, pasportu var, qızdırması, asqırması və öskürməsi də yoxdur. Bir kağız parçasını bu qədər qiymətə, qanuna, ciddiliyə mindirib, vətəndaşları incitmək yolverilməzdir. Biri gecikir, PCR ala bilmir, biri ucuz yer gəzir, o biri təcili uçur və ya gəlir. Dəyərmi buna? O qədər qanunlarımız, o qədər ənənələrimiz, o qədər öhdəliklərimiz var ki, bir qəpik qiymət qoyulmur. O qədər vəzifəli şəxslər var ki, vətəndaşları incidə-incidə, dövlət büdcəsini talayıb, manatı qiymətdən salıb, bank sistemini yerlə-yeksan edib, xalqın verdiyi vergidən formalaşan büdcə ilə özünə biznes imperiyası yaradıb, hələ də davam edir. Onlara qarşı sərt olaq.
PCR test tələbi ləğv edilsin, antigen və ya birdəfəlik test üsulu lazımdırsa tətbiq edilsin, quru sərhədləri açılsın və gözü yollarda qalan hotellər də işlək vəziyyətə gəlib 5-10 nəfər kasıba çörək qazandırsın. Bu mənim dəyişməz mövqeyimdir.
Növbəti demək istədiyim pandemiya dövründə vətəndaşlara tətbiq olunan cərimələrin ləğv edilməsidir. Bizdən də kasıb olan ölkələr, qonşu Gürcüstan da belə bir addım atıb. Onun üçün də Parlamentin müvafiq komitəsinin bu məsələni müzakirə etməsini və plenar iclasa çıxarmasını xahiş edirəm".
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin edildi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO






















.jpg)
.jpg)










