Qırmızı.az
Qarabağ atları hərracda satıldı - REPORTAJ - FOTO
Aprelin 15-də Azərbaycanda ilk dəfə Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağ atlarının auksion vasitəsi ilə satışı həyata keçirilib. İlk auksionda satışa 3 Qarabağ atı çıxarılıb. “Sultan”, “Sahil” və “Zilaxar” adlı atların ilkin start qiymətləri müvafiq olaraq 30000, 5000 və 7000 manat olaraq müəyyənləşib. Hərracdan əvvəl satışa çıxarılan atların nümayişi həyata keçirilib. Ərazidə tədbirlə əlaqədar aqroekoturizm nümunələrinin nümayişi, kompleksdə xarici ölkələrdən gətirilmiş cins damazlıq heyvanların (qoyun, keçi, inək və s.) saxlandığı müasir tövlələrə baxış keçirilib.
Publika.az Azərbaycanda ilk dəfə həyata keçirilən Qarabağ atlarının hərracından hazırladığı reportajı təqdim edir.
“Sultan”, “Sahil” və “Zilaxar” adlı atlar, öz rəngləri, həssaslıqları, hərəkətlilikləri ilə hərracda iştirak edən hər kəsin diqqətini elə ilk dəqiqədən çəkməyi bacardı. İlk olaraq hərraca çıxarılan "Sahil" adlı saf qan Qarabağ atının hərracda ilkin satış qiyməti 5 min manatdan başlayıb və 5 500 manata satılıb. Atı tərtərli fermer Habil İbrahimov alıb. Öz təsərrüfatında başqa atların da olduğunu deyən Habil İbrahimov bildirib ki, belə ata sahib olduğu üçün qürur duyur: "Bu atı maraq üçün alıram. Digər atlarla birlikdə saxlayacam. Qarabağ atlarına böyük marağım var".
src="/storage/files/upload/1cf33fadc76ad31837c48df4fc8566ebf86c4dcd.jpg" style="width: 535px; height: 356.667px;" class="fr-fic fr-dib fr-fil">
Daha sonra hərraca çıxarılan 2017-ci il doöumlu "Ziləxar" atının sürəti 55-57 km/s-dır. Atın hərrac qiyməti 7 min manatdan başlayıb və 7500 manata satılıb.
Atı Orxan Qardaşxanov alıb. Bakıdan gələn alıcı at həvəskarı olduğunu deyib.
"5 ilə yaxın at çapıram. İndi atım yoxdur. Hərraca xüsusilə "Ziləxar" atı üçün gəlmişdim. Atı satmaq və ya başqa planım yoxdur. Həvəskaram və ata özüm baxacam".
src="/storage/files/upload/8863fe3bde55f27ae251ce1ef7564bfd1e645edf.jpg" style="width: 538px; height: 358.308px;" class="fr-fic fr-dib fr-fil">
Sonda isə 30 min manata hərraca çıxarılan “Sultan” atı isə satılmayıb. Bu atın sürəti saatda 57 km təşkil edir. Sultan atı artıq 2 ilə yaxındır ki, cıdır yarışlarına hazırlanır.
src="/storage/files/upload/e131115b736cdea29574458ecc7232cce65281b3.jpg" style="width: 540px; height: 359.607px;" class="fr-fic fr-dib fr-fil">
Qarabağ atlarına maraq hər zaman yüksək səviyyədə olub. Lakin bu gün Qarabağ atları torpaqlarımızın 30 il sonra işğaldan azad edilməsi fonunda daha qürurlu, daha məğrur görünür sanki.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda Qarabağ atlarının auksionları daimi təşkil oluncaq: “Həmçinin Dilbaz atlarının da satışı həyata keçiriləcək. Gələcəkdə xaricdən gətirilmiş digər damazlıq heyvanların - inək, qoyun, keçi və digər heyvanlarının auksion vasitəsilə satışını həyata keçirməyi planlaşdırılır:" Ümumiyyətlə, Qobustan Heyvandarlıq Mərkəzi xaricdən gətirilmiş damazlıq heyvanların satışı üçün əlverişli məkandır. İstənilən təsərrüfatı olan şəxs damazlıq heyvan almağı istəyirsə, bura gələ bilər".
Sonda isə qeyd edək ki, satışda yüksək potensiala malik xüsusi seçilmiş atlar çıxarılır. Bununla yanaşı kompleksdə Qarabağ atları haqqında canlı və interaktiv məlumatlar verilir. Atların satışı son qiymətə uyğun rəsmiləşdirilib və onlar sığortalanıb.
Xatırladaq ki, Qarabağ atları dünyanın ən sürətli qaçan atlar sırasında ilk 3 yerdədir.
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO