Qırmızı.az
Zəfər Kuboku ilə bağlı Təşkilat Komitəsi yaradıldı
İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kubokunun keçirilməsi üçün Təşkilat Komitəsi yaradıb.
Publika.az xəbər verir ki, Azərbaycanın ilk onlayn qanuni mərc saytı ETOPAZ-ın baş sponsorluğu, "Kəhriz su"nun tərəfdaşlığı, "Report" agentliyinin informasiya dəstəyi ilə baş tutacaq yarışın Təşkilat Komitəsində FIFA dərəcəli keçmiş hakim və sabiq klub funksioneri Tahir Süleymanov, veteran futbolçu Novruz Əzimov, futbol agenti Səbuhi Səfiyarlı və idman jurnalisti Mehman Süleymanov yer alıb.
Məqsəd Zəfər Kubokunun yüksək səviyyədə təşkili və yarışla bağlı məsələlərin həllinə dəstək olmaqdan ibarətdir.
Turnirə jurnalistlərin böyük marağını nəzərə alaraq, baş sponsor ETOPAZ-la məsləhətləşmələrdən sonra komanda sayının artırılması qərara alınıb. İştirakçı komandaların ümumi sayı və yarışın Əsasnaməsi, püşkatmanın vaxtı barədə əlavə məlumat veriləcək. Qeyd edək ki, Zəfər Kuboku 4 may - 19 iyunda keçiriləcək.
-
Sosial19:00Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü - Anası 3 nəfərdən şikayətçidir
-
İdman18:24"Turan Tovuz" "Kəpəz"i məğlub etdi
-
Region17:10İrandan sərt xəbərdarlıq: "Dünyanın istənilən nöqtəsinə zərbə endirəcəyik"
-
Hadisə17:00Azadlığa çıxan sabiq icra başçısı: "Müalicəyə başlamışam" - FOTO
-
Digər16:52Məktəbdəki partlayışda ölənlərin sayı artdı - 110 yaralı var - YENİLƏNİB
-
MDB15:49"Metsamor"un istismar müddəti rəsmən uzadıldı - 160 milyon dollar xərclənəcək
-
Hadisə13:26Bakıda müəmmalı şəraitdə ölən Bərdə sakininin yaxınlarına susmaq təklif olunub
-
Ekologiya12:44Sabahın hava proqnozu açıqlandı




















.jpg)




.jpg)









