Qırmızı.az
“Baku Electronics”, “Optimal” vətəndaşları belə aldadır
“Bütün dünyada olduğu kimi, Azərbaycanda da istehlak bazarında müəyyən problemlər var. Ümumi olaraq ildən-ilə şikayətlərin politrası dəyişir. Son 5 ildə isə ölkəmizdə olan ən böyük problemlərdən biri mürəkkəb-texniki cihazların satışıdır”.
Bunu Publika.az-a “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov açıqlayıb.
O bildirib ki, bu cihazların satışı ilə məşğul olan şirkətlər bir-birilə yarışırmış kimi istehlakçını aldatmağa çalışırlar: “İstehlakçıları aldadanların siyahısında “Baku Electronics”, “Optimal” və digər şirkətlər var. Adını çəkdiyimiz şirkətlər böyük reklamlar edərək istehlakçıların pulunu alıb, onlara keyfiyyətsiz mallar satırlar. Bir problem olduğu təqdirdə “Baku Electronics”-in sahibkarı ilə görüşmək mümkün deyil”.
E.Hüseynov vurğulayıb ki, onlayn ticarət və qida məhsulları ilə bağlı məsələlərdə də şikayətlər çoxdur: “Bizə yönləndirilən şikayətləri həll etməyə çalışırıq. İstehlakçının hüquqlarını qoruyan qurumun müəyyən alqoritmi var. Ya “Azad İstehlakçılar” İctimai Birliyi, ya da istehlakçının özü həmin quruma müraciət edir, onlar hüquqları pozan tərəfə məktub göndərir. Daha sonra şirkət hansı cavabı verirsə, həmin qurum da onu qeyd edir. “Azad İstehlakçılar” İctimai Birliyi istehlaçıların hüquqlarının belə qorunması ilə qətiyyən razı deyil. Ümumiyyətlə, bəzi biznes qurumları çox ərköyün davranırlar. Vətəndaşlar adı çəkilən şirkətlərin fəaliyyətindən heç də razı deyil. Bir sözlə, cəmiyyətin haqlarını qanunlar tənzimləyir. Ancaq həmin şirkətlərlə bağlı heç bir addım atılmır. Tək mürəkkəb-texniki cihazlarda deyil, qida və onlayn ticarətlərdən də çox sayda şikayətlər mövcuddur. Bəzən istehlakçı xaricdən sifariş verir və gəlib çatdıqdan sonra istədiyi kimi olmadığını görür. Ancaq həmin malı dəyişmək sonradan müşkül bir hal alır. Ümumiyyətlə, xidmət sahəsində böyük problemlər yaranır”.
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı


































.jpg)

.jpg)