Qırmızı.az
Dezinformasiyanın artımı: media sahəsinə təsiri və səmərəli cavab tədbirləri strategiyaları - FOTO
Aprelin 26-da ADA Universitetində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Dezinformasiyanın artımı: media sahəsinə təsiri və səmərəli cavab tədbirləri strategiyaları” mövzusunda dəyirmi masa keçirilib.
Publika.az">Publika.az xəbər verir ki, yerli media orqanlarının rəhbər şəxslərinin iştirak etdikləri tədbirdə müasir dövrdə mediadakı problemlərdən, dezinformasiyaların artmasının mənfi təsirlərindən danışılıb, həmçinin bu hala qarşı mübarizə üsullarından bəhs olunub.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçən tədbirdə çıxış edən ATƏT-in media azadlığı üzrə nümayəndəsi xanım Teresa Ribeiro bildirib ki, elm və texnologiyanın sürətlə inkişaf etdiyi mürəkkəb bir dövrdə yaşayırıq. Belə bir dövrdə media azadlığı, dezinformasiya məsələsi aktuallıq kəsb edir. Smartfonların tətbiqi yanlış məlumatların daha geniş yayılmasına gətirib çıxarır. Bu da təbii olaraq insanlarda etibarsızlıq yaradır. Peşəkar mediaya etibarın sarsılması isə bir sıra problemlərə səbəb olur.
Jurnalistikanın üzərinə düşən vəzifəni icra edə bilməməsinin fəsadlarla nəticələndiyini deyən Teresa Riberio qeyd edib: “Media azadlığı olmadan təhlükəsizlik ola bilməz. Məlumatların cəmiyyətə ətraflı, obyektiv və qərəzsiz ötürülməsi peşəkar jurnalistikada əsas amildir. Dezinformasiyaya qarşı mübarizədə şəffaflıq, cəmiyyətdə mediaya inam təmin olunmalıdır. Söz, fikir azadlığı, jurnalistin toxunulmazlığı, təhlükəsizliyi qorunub saxlanmalıdır. Media savadlılığı çox mühüm şərtdir”. ATƏT rəsmisi vurğulayıb ki, Azərbaycana səfərdə məqsəd media azadlığının təmin edilməsinə, dezinformasiyaya qarşı mübarizəyə kömək etməkdir.
Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Azərbaycanda "Media haqqında" yeni Qanun qəbul edildiyini diqqətə çatdırıb. Bildirilib ki, yeni Qanunun qəbul edilməsində məqsəd daxili məhsulun keyfiyyətli hazırlanması, paylanması, dövrün tələblərinə uyğunlaşdırılmasıdır. Qanun layihəsində bir çox məsələlərin əks olunduğunu qeyd edən Əhməd İsmayılov layihədə müəllif hüquqlarının qorunması ilə bağlı vacib müddəaların əksini tapdığını deyib. Diqqətə çatdırıb ki, KİV-in hüquqlarının, fikir, söz azadlığının təmin edilməsi, bərabər imkanların yaradılması mühüm amillər kimi diqqət çəkir.
“Yeni Qanun media sahəsində boşluqları doldurmaqla bərabər, söz, fikir azadlığının, plüralizmin təmin edilməsi, media ilə ictimaiyyət arasında münasibətlərin normallaşdırılması, bir sözlə, media üçün əlverişli mühitin yaradılmasının təminatçısıdır”, - deyən MEDİA-nın İcraçı direktoru əlavə edib ki, hazırda internet mediası və rəqəmsal mühit mövcuddur. Dezinformasiyanın yayılmasında sosial şəbəkələr öz rolunu oynayır.
Dezinformasiyaya qarşı mübarizədə hüquqi mexanizmlərdən danışan Əhməd İsmayılov vurğulayıb ki, medianı həm də ictimaiyyət formalaşdırır.
Sonra çıxış edən Milli Televiziya və Radio Şurasının sədri İsmət Səftərov, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov, Azad Azərbaycan Teleradio Yayım Şirkətinin sədri Azər Xəlilov, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli medianın ictimai münasibətlərin formalaşdırılması, informasiyalı cəmiyyətin qurulmasında mühüm rol oynadığını diqqətə çatdırıblar.
Qeyd olunub ki, media öz dövrünün güzgüsüdür və artıq cəmiyyət özü dezinformasiyanın yayıcısına çevrilib. Onlar dezinformasiyanın qarşısını almaq üçün beynəlxalq təcrübədən istifadə edilməsini və maarifləndirmənin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, təməl prinsiplərə əməl olunmayanda cəmiyyətdə etimadsızlıq yaranır. Jurnalist müstəqil olmalıdır və feyk xəbər yazan media nümayəndələrinə qarşı tədbir görülməlidir. Dəyirmi masa müzakirələrlə davam edib.
-
Magazin122:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı