Qırmızı.az
Publika.az-da redaksiya siyasəti və peşə etikası müzakirə olundu - FOTO
Publika.az xəbər portalının redaksiyasında Medianın İnkişafı Agentliyi tərəfindən media subyektlərinə təqdim olunan “Redaksiya siyasəti və peşə etikası qaydaları” ilə bağlı nümunənin müzakirəsi keçirilib.
Publika.az saytının baş redaktoru Aqil Lətifov çıxışında bildirib ki, həqiqətə hörmət və cəmiyyətin məlumat almaq tələbatını ödəməsi jurnalistikanın fundamental prinsipidir. Onun sözlərinə görə, hansı media subyektində çalışmalarından asılı olmayaraq, jurnalistlər ictimai məsuliyyət daşıyırlar.
A.Lətifov qeyd edib ki, jurnalistlər milli və ictimai maraqların qorunmasında maraqlı olmalı, insanların dini inanclarına, heysiyyatına toxunacaq məzmuna yol verməməlidirlər: “Media nümayəndələri dövlət rəmzlərinə hörmətlə yanaşılmalı, həmçinin terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi, dini, cinsi ayrı-seçkiliyin təbliğinə yol verilməməlidirlər. Eyni zamanda jurnalist zorakılıq, cinayət və s. bu kimi insanların təhlükəsizliyinə dair mənfi təzahürlərlə bağlı məlumatlar adekvat tərzdə işıqlandırılmalı, onların təbliğinə yol verilməməli və təsirinə düşülməməlidir. Hazırlanan materiallarda əhalinin həssas qruplarına, uşaqların, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vuran məlumat, o cümlədən təsvirlərdən istifadə olunmamalıdır”.
Baş redaktorun sözlərinə görə, jurnalist məlumat azadlığını, şəffaflığı, obyektivliyi, qərəzsizliyi və ədalətliliyi əsas prinsip hesab etməlidir. O, faktların doğruluğuna əsaslanmaqla hadisələrə münasibətdə sağlam tənqidi düşüncənin əsas götürülməli olduğunu vuruğulayıb: “Xəbər və şərh fərqləndirilməli, mənbəyi aydın təqdim olunmalıdır. Jurnalist öz şərhində peşə davranış qaydalarının və jurnalistikanın təməl prinsiplərindən kənara çıxmamalıdır, yəni şəffaf, mötəbər, dəqiq mənbələrlə işləməyə üstünlük verilməlidir. Eyni zamanda plagiata və müəllif hüquqlarının pozulmasına yol verilmək olmaz”.
Aqil Lətifov digər media subyektinin materialından istifadə edərkən istinad edilməsinin vacibliyini diqqətə çatdırıb. “Ciddi jurnalistika media etikasından kənarda mövcud deyil” deyən baş redaktor əlavə edib ki, jurnalist heç bir halda peşə fəaliyyətinə görə hədiyyə qəbul etməməlidir. Eyni zamanda o, ictimaiyyətə açıq olmayan tədbirlərə dəvətlərin qəbul edilməməsinin, başqasının əvəzinə material hazırlamamağın vacibliyini vurğulayıb.
Müzakirələrdən sonra saytın əməkdaşlarına “Redaksiya siyasəti və peşə etikası qaydaları” təqdim olunub.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi

































