Qırmızı.az
Bu günün hava proqnozu açıqlandı
Bu günün hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a bildirilib ki, mayın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-14° isti, gündüz 18-20° isti, Bakıda gecə 12-14° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 60-70% olacaq.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 21-26° isti, dağlarda gecə 0-5° isti, gündüz 11-16° isti olacaq.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi

































