Qırmızı.az
MEDİA-nın ADA Universiteti ilə təşkil etdiyi seminarlar başa çatdı
11 may tarixində Medianın İnkişafı Agentliyi (MEDİA) ilə ADA Universitetinin birgə imzaladığı əməkdaşlıq memorandumu çərçivəsində dövlət sektorunda fəaliyyət göstərən qurumların mətbuat xidmətlərinin rəhbərləri, ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşları üçün təşkil edilən “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda silsilə seminarların bağlanış mərasimi keçirilib.
Publika.az xəbər verir ki, seminarları uğurla bitirən 40 iştirakçıya sertifikatlar təqdim edilib.
İki həftə davam edən silsilə seminarlarda yerli və xarici mütəxəssislər tərəfindən media ilə əlaqələrin qurulması, kommunikasiya strategiyalarının səmərəli şəkildə işlənilməsi, ənənəvi və sosial media ilə işə proaktiv yanaşaraq daha keyfiyyətli ictimai məzmunun yaradılması mövzularında çıxışlar, interaktiv müzakirə sessiyaları təşkil olunub. Seminarların bağlanış mərasimində iştirakçılar təəsüratlarını bölüşərək əldə etdikləri biliklərin gələcək fəaliyyətlərinə faydalı olacağını bildiriblər.
Qeyd olunan seminarlar ötən il ərzində dövlət qurumlarının media subyektləri ilə əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı kommunikasiya əlaqələrinin təkmilləşdirilməsi, eləcə də müasir media mühitində ictimaiyyəti məlumatlandırma mexanizmlərinin daha səmərəli qurulması məqsədilə mətbuat katibləri üçün ADA Universiteti ilə birgə təşkil edilən silsilə seminar və təlimlərdən əldə edilən uğurlu təcrübəyə əsaslanaraq həyata keçirilib.
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!








.jpg)


.jpg)




.jpg)



















