Qırmızı.az
"Azəriqaz"ın xanım əməkdaşı təqaüdə göndərildi - FOTO
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov və Birliyin digər rəhbər şəxsləri 63 illik ömrünün 44 ilini neft-qaz strukturunda çalışan Ofeliya Əsgərovanın təqaüdə çıxması səbəbiylə görüş keçiriblər.
Birlikdən Publika.az-a verilən məlumata görə, Ofeliya Əsgərova əmək fəaliyyətinə 1978-ci ildən "Azərneftyağ” Bakı Neft Emalı Zavodunda kadrlar üzrə müfəttiş kimi başlayıb.
O, 44 illik əmək stajının son 13 ilini “Azəriqaz” İstehsalat Birliyinin İnsan Resursları Departamentinin rəis müavini vəzifəsini icra edib. Ötən illər ərzində işlədiyi sahədə bütün kollektivin hörmət və rəğbətini qazanan xanım əməkdaşımız hər zaman üzərinə düşən işi layiqincə yerinə yetirib. Görüşdə çıxış edən Birlik rəhbərliyi və əməkdaşlar onun ünvanına xoş sözlər səsləndiriblər.
Ofeliya Əsgərova “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Birlik rəhbəri tərəfindən Fəxri Fərman və qiymətli hədiyyə ilə mükafatlandırılıb.
Birlik əməkdaşları da öz növbələrində bu gün "Azəriqaz"da son iş gününü keçirən xanım əməkdaşı təbrik edib, ona can sağlığı və uzun ömür arzulayıb.
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var










.png)














.jpg)
.jpg)





