Qırmızı.az
Aydın Balayevin yeni kitabı nəşr edildi
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 104-cü idönümü ərəfəsində tarix elmləri doktoru Aydın Balayevin "Azərbaycan Cümhuriyyətinin doğuşu: 1917-1918-ci illər milli mücadiləsi" adlı kitabı nəşr edilib.
Publika.az xəbər verir ki, bu yaradıcılığını əsasən Azərbaycan tarixinin AXC dövrünə həsr etmiş alimin ömrünün son günlərində yazdığı amma çap edə bilmədiyi 3 əsərindən ikincisidir.
Tədqiqatda Azərbaycan milli hərəkatının müstəqil bir siyasi qüvvə kimi formalaşmasının ilkin tarixi şərtləri təhlil edilir və onun inkişafının əsas mərhələləri müəyyənləşdirilir. Əsərdə həmçinin milli hərəkatın formalaşması və təkamülü prosesi haqqında bir sıra polemik müddəalar irəli sürülür.
Kitab tarixçilər, etnoloqlar, politoloqlar və Azərbaycan milli tariximizlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, tarix elmləri doktoru Aydın Balayev Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda çalışıb. O, 90-dək elmi əsərin müəllifidir. Alimin xarici dillərdə 25-dən çox əsəri dərc edilib.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





























.jpg)







.jpg)


