Azərbaycanda evlərin qiyməti kəskin qalxacaq? - VİDEO
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda evlərin qiyməti kəskin qalxacaq? - VİDEO

Video əlavə olunub.

xxx

Son dövrlərdə daşınmaz əmlak bazarında ciddi qiymət artımı müşahidə olunur. Bu da mənzil almaq istəyən şəxslərdə narahatlıq yaradır.

Mənzillərin qiymətinin artmasının səbəbi nədir?

Mövzu ilə bağlı Publika.az-a danışan ekspert Elnur Azadov qeyd edib ki, yaxın vaxtlarda daşınmaz əmlak bazarında qiymət artımı proqnozlaşdırılmır: “İnşaat materiallarına tələbatın artması ilə tərəflər müəyyən artımlar etməyə başladılar. Daşınmaz əmlak bazarında qiymət artımlarının olmasının bir neçə səbəbi var. Hələ 2018-ci ildə inşaat normativlərinə tətbiq olunan sərtləşmə ilə bağlı bir neçə ekspert proqnoz verib. Qiymətlərə təsir edən əsas məsələlərdən biri 2020-ci ildən yeni vergi qaydalarının tətbiq edilməsidir. Bu qanunların qəbul olunması ilə tikinti şirkətləri “qara bazar”dan inşaat materialları ala bilmədilər və rəsmi şəkildə həmin işləri görməyə başladılar. Bunun nəticəsində inşaat materialları satan tərəflər fərq qoymağa başladılar. Həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti və quruculuq işlərinin başlaması ilə bir çox materiala tələbat artdı və bu da inşaat bazarında öz əksini göstərdi. Bu səbəblərə görə ümumi bazarda 20% artım müşahidə olunur. Hadisələrin gedişatını izlədikdə demək olar ki, yaxın gələcəkdə daşınmaz əmlak qiymətlərində artım olacağı real görünmür. Bazarda olan ümumi alıcılıq qabiliyyəti də buna uyğun deyil. Əgər tikinti materialları bahalaşmasa, mənzillərdə də qiymət stabil olaraq qalacaq. Köhnə evlərlə yeni mənzillər arasında olan qiymət fərqinin əsas səbəbi isə inşaat materialları ilə bağlıdır”.

src="/storage/files/upload/3071475d4506c4192d0526e37fb9b996d9ac4eaa.jpg" style="width: 427px; height: 240.543px;" class="fr-fic fr-dib fr-fil">

Ekspert Ramil Osmanlı isə söyləyib ki, yaxın 1 il ərzində mənzillərin qiyməti qalxacaq: “Pandemiyadan sonra dünyanın bütün istehlak bazarında müxtəlif istiqamətlərdə çox kəskin inflyasiya göstəriciləri qeydə alınıb. Həmçinin Azərbaycanda da ərzaq, tikinti materialları və digər sahələrdə bahalaşma müşahidə edilir. Ölkəmizdə müxtəlif bazar iştirakçılarının tədricən paylarının artması, daha çox pul vəsaitlərinin qoyulması, aparılan quruculuq işləri ilə bağlı inşaat materiallarına tələbatın artması mənzillərin qiymətinin bahalaşmasına səbəb olur. 2020-ci ilin ilk üç rübü ərzində daşınmaz əmlak bazarında 20% artım baş verib. Bu, son 15 il ərzində rüblük ən yüksək göstərici hesab edilir. Dünya iqtisadiyyatında gedən proseslər Azərbaycana da öz təsirini göstərib. Baş verən hadisələr qiymət artımını şərtləndirən amillərdir.

src="/storage/files/upload/1a3fbfff76ff78bbd6f4e311c0af5b5c94bff3ef.jpg" style="width: 425px; height: 283.333px;" class="fr-fic fr-dib fr-fil">

Daşınmaz əmlak alıcılarının çoxu vətəndaşlarımızdır, çünki xaricdən ölkəmizə o qədər də çox axın olmur. Prosesləri təhlil etdikdə yaxın gələcəkdə mənzil qiymətlərində bahalaşmanın olacağı gözlənilir. Nəzərə almaq lazımdır ki, işğaldan azad olunan ərazilərdə çox böyük tikinti layihələri həyata keçirilir. Bu proseslər artdıqca bazara pul axını çoxalır, material qiymətlərində artım olur və nəticə etibarı ilə qiymət artımına gətirib çıxarır. Bir neçə il bundan əvvəl daşınmaz əmlak bazarında bütün istiqamətlər üzrə qiymət dəyişimi adekvat idi. Məsələn, mənzil bazarında qiymət dəyişimi olurdusa, torpaq və digər sahələrdə də bahalaşma baş verirdi. Amma bugünkü proseslərdə daha çox ilkin mənzil və torpaq bazarında artımların olduğunu görürük. Bunun da səbəbi torpaq sahələrinin məhdudlaşdırılması, tikinti qaydalarının dəyişməsi, tikinti materiallarının qiymətlərinin artması və mənzillərə çəkilən xərclərin çoxalmasıdır. Yəni indiki qiymətlər heç də adekvat deyil. Son zamanlar təkrar mənzil bazarına tələbat günü-gündən aşağı düşür. Ümumiyyətlə, qeyd olunan evlər ipoteka tələblərinə cavab vermir. Bu da yeni və köhnə mənzillər arasında qiymət fərqinin olmasına gətirib çıxarır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm