Qırmızı.az
Bu günün tarixi - 1 sentyabr
Miladi: 01 sentyabr 2014
Hicri: 5 Zilqədə 1435
İlin 244-cü günü
İlin sonuna 121 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 05.54
Günəş - 07.07
Zöhr - 13.45
Əsr - 17.57
Məğrib – 20.30
İşa – 21.52
1752 — Azadlıq Zəngi Filadelfiyaya aparılıb.
1919 -Xalq Cümhuriyyətinin parlamenti Azərbaycanın ilk ali təhsil
müəssisəsinin - Bakı Dövlət Universitetinin yaradılması barədə
qanun qəbul edib. Parlament həmçinin hökumətin təklifinə əsasən 100
nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici
ölkələrə göndərilməsi barədə qərar qəbul etmişdi.
1928 — Əhməd Zoqu Albaniyanı monarxiya, özünü isə kral elan
edib.
1939 — Corc C. Marşal Birləşmiş Ştatlar Ordusunun ştab rəisi
olub.
1949 - Azərbaycan SSR-də icbari 7-illik təhsilə keçid başlayıb.
Sovet hökuməti 1931-ci ildə ölkədə icbari ibtidai təhsil (1-3-cü
sinif) barədə qərar qəbul etmişdi. Həmin qərara əsasən, 30-cu
illərin sonunda 7-illik təhsilə keçid həyata keçirilməli idi. Lakin
müharibə (1941-1945) və sonrakı ağır sosial-iqtisadi vəziyyət bu
qərarı xeyli ləngitmişdi. 1959-cu ildə icbari 8-illik təhsilə
(natamam orta təhsil), 1966-cı ildə isə icbari 10-illik təhsilə
(tam orta təhsil) keçid təmin olundu.
1951 — Londonda dünyada ilk supermarket açılıb.
1962 — İranda zəlzələ nəticəsində 20 000 nəfər həlak olub.
1969 — Müəmmər Qəzzafi Liviyada çevriliş yolu ilə rəhbərliyi ələ
alıb.
1992 - Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri
(ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 26-da tanıyıb)
arasında diplomatik münasibətlər qurulub.
1993 - Prezident səlahiyyətlərini həyata keçirən Heydər Əliyev
hökumətdə bir sıra təyinatlarla bağlı fərmanlar imzalayıb:
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Həsən Həsənov xarici işlər
naziri, general-mayor Məmmədrəfi Məmmədov müdafiə naziri, Səməd
Sadıqov iqtisadiyyat naziri, Elçin Əfəndiyev baş nazirin müavini,
Qalib Ağayev Milli Bankın İdarə Heyətinin sədri təyin olunub.
2013 – Azərbaycanlı yazıçı-şair Ələkbər Baba oğlu Salahzadə vəfat
edib. 60-cı illərdən fəal ədəbi fəaliyyətə başlayan Ə. Salahzadə
bədii tərcümə ilə yanaşı, 100-dən çox essenin, məqalənin də
müəllifidir. Radio-pyesləri, 20-dən artıq uşaq nağılı var.
"Kölgədən qorxan", "Yayın qış gecələri", "Nağaraçı naxırçı"pyesləri
tamaşaya qoyulub.
-
Magazin114:30Azəri qızı Günel təhqirlərə dözmədi: “Hamınızı ifşa edəcəyəm” - VİDEO
-
Sosial13:46İşçilər ixtisar edilir, dövlət texnikası isə... - Zaqatala Yol İdarəsində nə baş verir?
-
İdman13:26Pikfordun gizli qeydləri aşkar edildi, Messi şoka düşdü - FOTO
-
Dünya11:48Netanyahudan Türkiyə etirafı: Bu şəhəri ələ keçirmək istəyirlər
-
Rəsmi xronika11:13İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
-
Dünya10:24Bu ölkədə ara qarışdı: İsrail vətəndaşlarını axtarırlar, tapsalar...
-
Köşə10:00Messini “öldürməyin” yeganə yolu budur
-
İdman09:18Messi və dostları bu banneri açdılar, İngiltərəyə siyasi mesaj göndərdilər - FOTO





































