Qırmızı.az
"RİA Novosti"nin fəaliyyəti təəssüf doğurur - Mətbuat Şurası
Rusiyanın bəzi informasiya qurumlarının, jurnalistlərinin fəaliyyətində əldə edilmiş nəticələrə, müsbət meyllərə zidd halların da şahidi oluruq. Bu sayaq yanaşma təəssüf doğurur.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının bəyanatında deyilir.
"Rusiya və Azərbaycanın media orqanları iki ölkə arasındakı münasibətlərin formalaşmasında, qarşılıqlı etimad mühitinin dərinləşməsində mühüm rol oynayıblar. Onların əməkdaşlığı da buna xidmət ruhuna köklənməklə mütərəqqi əhəmiyyət daşıyıb, xalqların bir-birinə yaxınlaşmasını, mehriban qonşuluğu, dinc birgəyaşam normalarını aşılayıb.
Bununla belə biz zaman-zaman Rusiyanın bəzi informasiya qurumlarının, jurnalistlərinin fəaliyyətində əldə edilmiş nəticələrə, müsbət meyllərə zidd halların da şahidi oluruq. Bu sayaq yanaşma təəssüf doğurur. Fəaliyyəti təəssüf doğuran Rusiya kütləvi informasiya vasitələrindən biri də "RİA Novosti" İnformasiya Agentliyidir. Azərbaycan cəmiyyəti Rusiyanın rəsmi media strukturu olan "RİA Novosti"nin yanlış dəst-xəttinin, yanaşmasının müxtəlif təzahür formalarına, peşəkar jurnalistika prinsiplərinə yaraşmayan mövqeyinə indiyədək çox şahidlik edib.
Peşə dəyərləri separatizmin, bölücülüyün təbliğ və təşviqindən uzaq durulmasını, dövlətlərin müstəqilliyinə, suverenliyinə zidd təmayüllərə meydan tanınmamasını rəhbər tutur. Rusiya kimi federativ quruluşa malik, tərkibində çoxsaylı xalqların nümayəndələrindən ibarət muxtar respublikaları birləşdirən ölkənin aparıcı media qurumu məsələyə xüsusilə həssas münasibət göstərməlidir. Ancaq onun işində nəinki həssaslıq yoxdur, üstəlik əvvəlki illərin xoşagəlməz, sərt reaksiyalar doğurmuş təcrübəsinə yenidən istinad var. Özünü Azərbaycan ərazisindəki qondarma, separatçı qurumun naziri kimi təqdim edən Artak Beqlaryandan müsahibə də bunu deməyə əsas verməkdədir.
Məlum müsahibə Azərbaycan cəmiyyətində haqlı narazılıq, hətta hiddət və qəzəb doğurub. Buna görə adekvat cavab addımı kimi "RİA Novosti"nin Azərbaycan ərazisində yayımı dayandırılıb. Tolerant, söz və ifadə azadlığına, plüralizmə dəyər verən Azərbaycanda belə bir tədbirin görülməsi günün tələbidir, zərurətdir. Separatizmi təbliğ etməklə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmət qoymayan digər KİV-lər də bundan nəticə çıxarmalıdırlar.
"RİA Novosti" Rusiyanın Ermənistanla Azərbaycan arasındakı münaqişəli durumun aradan qaldırılması istiqamətindəki təşəbbüslərinə zidd mövqeyi rəsmi Moskvanın sözügedən missiyasının səmimiliyinə də ciddi şübhələr yaradır, qənaət formalaşdırır ki, ölkə bölgədə sülhün və əminamanlığın qərarlaşmasında maraqlı deyil.
Azərbaycan Mətbuat Şurası Rusiyanın KİV-lərinə, ümumiyyətlə ölkənin media ictimaiyyətinə müraciət edərək Rusiya-Azərbaycan münasibətlərinə zidd, Rusiyaya etimadı, onun bölgədəki nüfuzunu sarsıdan fəaliyyətdən uzaq durmağa çağırır. Bir həqiqət mütləq şəkildə dərk olunmalıdır ki, jurnalistika fəaliyyəti heç bir halda beynəlxalq hüququn norma və prinsiplərinə sayğısızlıq üzərində qurulmamalıdır. Azərbaycan cəmiyyəti, bu cəmiyyətin mühüm tərkib hissəsi, önəmli ictimai institutu sayılan ölkə mediası mehriban qonşuluq münasibətlərinə xələl gətirən hallara dözümlü qala bilməz. İstərdik ki, eyni yanaşmanı, Rusiya və Azərbaycan arasındakı dostluq, mehriban qonşuluq əlaqələrinə kölgə salan meyllərə qarşı cəbhə açmaq əzmini çoxillik ənənələrə malik Rusiya mediasından da görək. İndiki şəraitdə bu, yalnız istək və arzu deyil, həm də müstəsna peşəkarlıq tələbidir", - bəyanatda qeyd edilir.
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO



































.jpg)


