Qırmızı.az
“Baku Electronics”, “Maxi.az”, “İrşad” və “Optimal” istehlakçıları belə aldadır

“Son 5 ay ərzində Azad İstehlakçılar Birliyinə texnoloji vasitələrdən daha çox şikayət daxil olur. Onların içərisində smartfonlar üstünlük təşkil edir”.
Bunu Publika.az-a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, mobil telefonlar, paltaryuyan maşınlar, digər məişət cihazları və s. kimi texnoloji məhsullardan narazılıq hər keçən gün daha da artır:
“Bu sahədə fəaliyyət göstərən biznes qurumları sanki bir-birləri ilə yarışa girir ki, görək, kim istehlakçını daha çox aldadacaq. Hazırkı vəziyyət acınacaqlı olsa da, təəssüf ki, reallıq bu cürdür. Şikayətlər daha çox “Baku Electronics”, “Maxi.az”, “İrşad Electronics”, “Optimal” və digər telefon satışını həyata keçirən şəbəkələrdəndir. Müştərini daha çox aldadan isə “Baku Electronics”dir. Bu şirkətlərin apardığı bütün iş buna yönəlib: “istehlakçıdan nə yol ilə olursa olsun pulu al, sonra da bir problem olsa “pulunu vermirəm, itil cəhənnəmə” prinsipi ilə işləyirlər. Son müraciət edən 26 nəfər hələ bir dəfə də olsun bu mağazaların, xüsusilə də “Baku Electronics”in rəhbərliyinin qəbuluna düşə bilməyib. Şikayətlər yağış kimi yağır. Bununla bağlı məsələni İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində keçirilən görüşdə də qaldırdım, nazirliyə də müraciət etmişəm. Bildirmişəm ki, mürəkkəb texniki vasitələrin satışını həyata keçirən şirkət rəhbərlərini bir yerə toplamaq və onlarla söhbət aparmaq lazımdır. İstehlakçı hüququ pozulan zaman da biz İqtisadiyyat Nazirliyinə müraciət etdik, onlar isə məhkəməyə göndərdilər”.
AİB sədri şikayətlərdən biri haqqında saytımıza danışıb: “İstehlakçı “Maxi.az”dan 3200 manata mobil telefon alıb. Ancaq alandan qısa müddət sonra problemin olduğunu görüb, bununla bağlı mağazaya müraciət edib. Ancaq problem həllini tapmayıb, hələ də həmin vətəndaş çözüm yolu axtarır”.
Eyyub Hüseynov istehlakçı hüququ daha çox pozulan digər sahələri də qeyd edib:
“İstehlakçı hüquqları texniki vasitələrlə yanaşı, paltar satışı, qida məhsulları, turizm və karqo şirkətləri və s. kimi sahələrdə də pozulur. Hazırda dondurma ilə bağlı hər gün telefon zəngləri şəklində şikayətlər daxil olur. AİB özü də bir sıra kampaniyalar həyata keçirir, hazırda biz təhlükəli şprislərin bazardan çıxarılması üçün iş aparırıq”.

-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
-
Region19 Sentyabr 23:25
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: Xəsarət alanlar var - Fotolar
-
Magazin119 Sentyabr 22:26
Alim Qasımovdan maraqlı açıqlamalar: “Anamla xanımıma rüşvət verirdim”- VİDEO
-
Art19 Sentyabr 22:12
"Grammy" mükafatlı sənətçi təyyarə qəzasında həlak oldu
-
ABŞ19 Sentyabr 19:20
Tramp yenə ölümdən döndü - Bu dəfə helikopterində nasazlıq yarandı
-
MDB19 Sentyabr 19:10
Rusiya qırıcıları indi də bu ölkənin hava məkanını pozdu
-
İdman19 Sentyabr 19:00
Piastri Bakıda qaydanı pozdu: Araşdırma aparılır