Qırmızı.az
Gecikdirilmiş ödənişlər işçilərə ödənildi
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) iş yerlərində əməkhaqları və digər sosial xarakterli ödənişlərin işçilərə vaxtlı-vaxtında ödənilməsi ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunmasını diqqətdə saxlayır.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, DƏMX bu istiqamətdə həyata keçirdiyi tədbirlərin davamı olaraq, cari ilin avqust ayında işəgötürənlər tərəfindən ümumilikdə 22944 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödəmələrin işçilərə ödənilməsini təmin edib. Qeyd olunan vəsaitin 19102 manatı əmək haqlarından, 2120 manatı zərərə görə ödənclərdən, 1722 manatı isə sosial müavinət və kompensasiyalardan ibarət olub.
Bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi iş yerlərində işçilərə əmək haqlarının və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarının tədricən azalması ilə müşahidə olunur. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə gecikdirilmiş sosial xarakterli ödənişlərin ümumi məbləği 18,2 faiz azalıb.
-
Avropa07:478 ildir sahibi tapılmayan təyyarə 10 avrodan hərraca çıxarıldı - FOTO
-
Ekologiya07:17Bu gün 40 dərəcə isti olacaq - PROQNOZ
-
İdman06:46“Barselona” onu yalnız bu halda satacaq
-
Magazin106:16Vüsalə bağ evindən görüntülər paylaşdı - VİDEO
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?


































