Qırmızı.az
TRT Bakı Təmsilçiliyi: “Bu xəbərlər iki dost və qardaş ölkə münasibətlərinə zərər vurmayacaq”
TRT telekanalında Ermənistandan yayımlanan verilişdə Azərbaycan mahnısının erməni musiqisi kimi təqdim edilməsi ilə bağlı yayılan xəbərlərə TRT-nin Bakı Təmsilçiliyi münasibət bildirib.
TRT-nin Bakı Təmsilçiliyindən Publika.az-a verilən məlumatda bildirilib ki, bəzi internet saytlarında “Ermənilər daha bir mahnımızı oğurladılar’’ başlığı altında verilən yazılar münasibətlərə kölgə sala bilər:
“Bəzi internet saytlarında TRT-ni, TRT və Azərbaycan media qurum və quruluşları ilə yanaşı, Türkiyə- Azərbaycan arasında əsrlərlə var olan yaxın dostluq və işbirliyinə zərər verən, məqsədi aşan, təktərəfli şərh və paylaşmalar verildiyinin şahidi oldu.
Proqramın məzmunu və qaynağı araşdırılmadan, formatına baxılmadan; bir paylaşma saytından görüntü endirilərək təktərəfli və məqsədi aşan şərhlərlə, cılız, münasibətlərə kölgə salacaq kampaniyanın Türk və Azərbaycan xalqına bir faydası olmayacağı kimi, iki dost və qardaş ölkə və TRT ilə Azərbaycan media orqanları arasında var olan dostluq və işbirliyinə hər hansı bir zərər verilməsi də mümkün olmayacaqdır.
Odur ki, belə şərh və paylaşımlar, TRT Bakı Təmsilçiliyi olaraq, iki ölkə xalqları və media orqanları arasındakı ortaq anlayış və əməkdaşlığa əsla kölgə düşürməyəcək.
Azərbaycanda hər sahədə fəaliyyət göstərən media qurumları ilə olan yaxın dostluğumuzun daha da güclənməsi üçün bu cür paylaşma və şərhlərdən əvvəl həqiqətin axtarılması istiqamətində həm peşə etikası, həm də media mənsubu olaraq hər birimiz məsuliyyət daşımalıyıq”.
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?
-
Dünya10:20Estoniya-Rusiya sərhədində böyük növbə: Kamran Əbilov səbəbini açıqladı
-
Maraq dünyası09:44Epşteynin 100 milyonluq sərvətinin varisi bəlli oldu: Belarusdandır
-
Sosial08:48Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ
-
ABŞ08:36ABŞ 50 illik təhlükəsizlik prinsipindən imtina etdi - Sərt qoruyucu tədbirlər tətbiq ediləcək
-
Avropa07:478 ildir sahibi tapılmayan təyyarə 10 avrodan hərraca çıxarıldı - FOTO
-
Ekologiya07:17Bu gün 40 dərəcə isti olacaq - PROQNOZ
-
İdman06:46“Barselona” onu yalnız bu halda satacaq

























.jpg)









