Qırmızı.az
Səudiyyə Ərəbistanından zəvvarlara Ebola tövsiyəsi
Səudiyyə Ərəbistanı Ebola təhlükəsi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinə məktub göndərib.
QMİ-nin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Publika.az-a bildirib ki, ebola və digər xəstəliklərlə bağlı bu ölkənin Səhiyyə Nazirliyi tərəfindən İdarəyə daxil olan məktubda qeyd olunur ki, Ebolanın ən çox yayıldığı üç ölkəyə viza verilməyib.
Bundan başqa, zəvvarlara qoruyucu maskalardan istifadə etməmək, şübhəli adamlarla ünsiyyətdə olmamaq, gigiyenik sabunlarla əllərin tez-tez yumaqı, əlləri yumadan ağıza, gözə vurmamaq və digər şəxsi gigiyena qaydalarına əməl etmək tövsiyə edilib. Həmçinin sarı qızdırma və mövsümi qriplərə qarşı da yaşlıların peyvənd edilməsi tövsiyə edilib.
“Biz də bu tövsiyələri zəvvarlara çatdırmışıq. Onlara gündəlik istifadə etdikləri dərmanlarıda özləri ilə götürmələri tövsiyə edilib. Bir sözlə, zəvvarlarımız həcc ziyarətinə tam hazırdır”, şöbə müdiri bildirib.
Qeyd edək ki, bu il Azərbaycanda Həccə səfəri sentyabrın 23-dən başlayacaq. İlk gün bir reys, növbəti günlər isə hər gün 2 və ya 3 reys olmaqla, uçuşlar sentyabrın 28-dək davam edəcək. Sentyabrın 28-i Azərbaycandan bu il Həcc ziyarətinə son səfər günü kimi nəzərdə tutulur.
Gülxar
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sizin üçün maraqlı qapı açıla bilər
-
Elm və təhsil00:15UNEC-in tələbəsi dünyasını dəyişdi
-
Sağlamlıq00:00Mükəmməl yuxunun sirri görün necə tapılıb
-
Hadisə12 İyul 22:24Kəlbəcərdə 11 yaşlı uşaq çaya düşdü - VİDEO
-
Hadisə12 İyul 21:48Ötən gün çimərlikdə boğulan Rəşadın FOTOSU
-
Yaxın Şərq12 İyul 21:00ABŞ-ın Küveytdəki hərbi bazaları vuruldu - VİDEO
-
Magazin112 İyul 20:00Günel Azərbaycana köçməsindən danışdı - VİDEO
-
Sosial12 İyul 18:36Nazirin yeni rütbədə İLK FOTOSU
































