Qırmızı.az
Toydan qayıdan avtobus qəza törətdi, 22 yaralı
Balakəndə keçirilən toydan qayıdan mikroavtobus Şəkidə qəzaya düşüb, 22 nəfər xəsarət alıb.
Publika.az-a Şəki Şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gecə saat 01:30 radələrində rayonun Biləcik kəndi ərazisində baş verib.
Belə ki, Şəki şəhər sakini İlham Şamil oğlu Ramazanov idarə etdiyi “Mercedes” markalı 55-BO-926 dövlət nömrə nişanlı avtomobillə Şəki istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və mikroavtobusu yolun kənarına aşırıb.
Hadisə avtobusun qarşısına qəflətən at çıxması səbəbindən baş verib. Nəticədə, 22 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İlkin tibbi yardım göstərildikdən sonra 18 nəfər ambulator müalicə üçün evə buraxılıb. Yaralılardan vəziyyətləri nisbətən ağır olan Sədayə Əhmədova, Şakir Cəfərov, Ehtiram Əhmədov və Vüsal Paşayevin müalicəsi xəstəxanada davam etdirilir.
Hadisə ilə bağlı Şəki Şəhər Polis İdarəsində araşdırma aparılır.
Amid
-
Magazin114:30Azəri qızı Günel təhqirlərə dözmədi: “Hamınızı ifşa edəcəyəm” - VİDEO
-
Sosial13:46İşçilər ixtisar edilir, dövlət texnikası isə... - Zaqatala Yol İdarəsində nə baş verir?
-
İdman13:26Pikfordun gizli qeydləri aşkar edildi, Messi şoka düşdü - FOTO
-
Dünya11:48Netanyahudan Türkiyə etirafı: Bu şəhəri ələ keçirmək istəyirlər
-
Rəsmi xronika11:13İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
-
Dünya10:24Bu ölkədə ara qarışdı: İsrail vətəndaşlarını axtarırlar, tapsalar...
-
Köşə10:00Messini “öldürməyin” yeganə yolu budur
-
İdman09:18Messi və dostları bu banneri açdılar, İngiltərəyə siyasi mesaj göndərdilər - FOTO




































