Dünya
Günəşdə nəhəng çıxıntılar əmələ gəlib - Yer üçün təhlükə var?
Günəşin Yerə görünən tərəfində bir neçə iri protuberans (Günəş çıxıntısı) müşahidə olunub.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb.
Bildirilib ki, protuberanslar soyuq hidrogendən ibarət nəhəng buludlardır və adətən müəyyən müddətdən sonra Günəş tərəfindən böyük sürətlə kosmosa atılır. Alimlərin sözlərinə görə, bu prosesin nə vaxt baş verəcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil.
Mütəxəssislərin sözlərinə görə, hazırkı trayektoriyanın planetlərlə, o cümlədən Yerlə toqquşma ehtimalı çox azdır.
Qeyd olunub ki, Günəşdəki aktiv sahələr hazırda zəif görünsə də, M sinifli alışmalar yaratmaq üçün kifayət qədər enerji potensialına malikdir. Eyni zamanda, qarşıdakı həftə ərzində geomaqnit vəziyyətin sabit və əlverişli olacağı proqnozlaşdırılır.
Müəllif: Roza
-
Magazin106:16Röyadan fərqli fotolar
-
İdman03:13İngiltərədə ağlasığmaz qol vuruldu - VİDEO
-
Qoroskop00:30Bu yay altı bürcün uğursuzluqları sona çatacaq
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevdiyiniz insanı xoş sürprizlə sevindirə bilərsiniz
-
Magazin222 Avqust 23:00Səmra Rəhimli Parisdə “sərhədləri aşdı”: Luvr önündə cəsarətli pozalar - FOTO
-
Hadisə22 Avqust 22:36İsmayıllıda bədbəxt hadisə - Bacı-qardaş...
-
Magazin122 Avqust 22:00“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“ - VİDEO
-
Hadisə22 Avqust 20:36Emin anasının Bakıdakı evini nümayiş etdirdi - VİDEO
































