Qırmızı.az
(R)Daha 12 gənc Azercell-in tələbə proqramına qoşulmaq imkanını qazandı
Azərbaycan mobil rabitə bazarının lideri Azercell Telekom fəaliyyətə başladığı gündən gənclərin elm və təhsilinin inkişafı üçün bir sıra uğurlu layihələr həyata keçirib. Bu layihələr sırasında ölkə universitetlərində 3G və 4G laboratoriyalarının təşkili, Barama İnnovasiya Mərkəzi nəzdində reallaşan saysız uğurlu layihələr, müxtəlif Tələbə Proqramlarını xüsusilə qeyd etmək olar. Şirkətin 2008-ci ildən etibarən tələbələrə təqdim etdiyi Tələbə Proqramının bu il üçün nəticələri müəyyən edilib.
Tələbə Proqramının çox mərhələli seçimləri nəticəsində 12 tələbə Azercell-in təqaüdçüsü adına layiq görülüb. Bu tələbələr ali təhsillərinin sonunadək Azercell şirkətindən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər. Proqramın qalibləri sırasında Qafqaz Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Dövlət Aqrar Universitetinin,Gəncə Dövlət Universitetinin, Azərbaycan Texnologiya Universitetinin tələbələrinin adları yer alıb.
Qeyd edək ki, qaliblərin seçilməsi üçün 3 mərhələ keçirilib.
Birinci seçim mərhələsi tələbələrin onlayn rejimdə təqdim etdikləri
ərizələrin və sənədlərin dəyərləndirilməsindən ibarət olub. İkinci
seçim mərhələsində tələbələrə məntiq məsələlərindən ibarət yazılı
tapşırıqla yanaşı müxtəlif mövzularda ingilis dilində inşa yazmaq
tapşırığı verilib. Nəhayət, sonuncu mərhələdə tələbələr Azercell-in
rəhbər vəzifələrində çalışan işçiləri və mütəxəssisləri tərəfindən
keçirilən üz-üzə müsahibələrdə iştirak ediblər. Tələbə Proqramının
məqsədi müvəffəqiyyətlə təhsil alan tələbələrə xüsusi qayğı
göstərmək və onların gələcəkdə peşəkar kimi formalaşmasına dəstək
olmaqdır.
Qeyd edək ki, Azərbaycanlı tələbələr tərəfindən çox maraqla qarşılanan bu proqram 2008-ci ildən etibarən hər tədris ilində təqdim edilir. Bu müddət ərzində Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 50-dən çox tələbə Azercell-in təqaüdçüsü adına layiq görülüb. Onlar Azercell-dən təqaüd almaqla yanaşı, həm də şirkətin mütəxəssislərinin yardımı ilə gələcək karyeraları üçün əvəzedilməz təcrübə qazanıblar.
Bununla da Azercell Telekom korporativ sosial məsuliyyətli fəaliyyətini gücləndirir və cəmiyyətimizə daha artıq töhfə verməkdə davam edir.
-
Qoroskop07:35Avqustda 4 bürcə pul gələcək
-
Magazin206:46Məşhur müğənni bazarda belə görüntüləndi: Hamam lifi satır - Foto
-
Avropa05:45Fransanın hərbi zavodlarında ard-arda partlayışlar ola bilər - Təhlükə böyüyür
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...














.jpg)




.jpg)
.jpg)












