Qırmızı.az
Türkiyədə Azərbaycan vətəndaşları avtomobil qəzasına düşdü, ölənlər var
Türkiyənin Uşak vilayətində Azərbaycan vətəndaşları avtomobil qəzasına düşüblər. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Ajans34" qəzeti məlumat verib.
Qəzetin məlumatına əsasən, Azərbaycan vətəndaşı Əli Kərimli idarə etdiyi 64 LV 863 dövlət nişanlı avtomobillə qəzaya uğrayıb.
Qəza nəticəsində avtomobildə olan sərnişin Ülvi Sadıqov və Elvin Bəhmənli hadisə yerində, Anar Musayev isə xəstəxanada keçinib.
İlkin versiya kimi, qəzaya avtomobilin yol kənarındakı dirəyə dəyərək qarşı yola çıxması və əks istiqamətdə hərəkət edən avtomobillə toqquşması səbəb göstərilir.
Məlumatda o da qeyd olunur ki, avtomobili idarə edən Əli Kərimli və sərnişin Mais Həsənov qəza nəticəsində yaralanıblar. Qəzaya düşən azərbaycanlıların Uşak Universitetinin tələbələri olduğu bildirilir.
Faktla bağlı cinayət işi açılıb.
-
Magazin114:30Azəri qızı Günel təhqirlərə dözmədi: “Hamınızı ifşa edəcəyəm” - VİDEO
-
Sosial13:46İşçilər ixtisar edilir, dövlət texnikası isə... - Zaqatala Yol İdarəsində nə baş verir?
-
İdman13:26Pikfordun gizli qeydləri aşkar edildi, Messi şoka düşdü - FOTO
-
Dünya11:48Netanyahudan Türkiyə etirafı: Bu şəhəri ələ keçirmək istəyirlər
-
Rəsmi xronika11:13İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
-
Dünya10:24Bu ölkədə ara qarışdı: İsrail vətəndaşlarını axtarırlar, tapsalar...
-
Köşə10:00Messini “öldürməyin” yeganə yolu budur
-
İdman09:18Messi və dostları bu banneri açdılar, İngiltərəyə siyasi mesaj göndərdilər - FOTO



































