Qırmızı.az
Sağlamlıq imkanları məhdud uşaqlar arasında yarışlar başlayır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən gələn ay əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü idman növləri üzrə IV Ümumrespublika yarışlarının zona mərhələsinə start veriləcək.
Bu barədə Publika.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, respublikanın 10 zonasında təşkil olunacaq bu yarışlarda bütün bölgələrdən ümumilikdə min nəfərdən çox əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq idmanın şahmat, dama, nərd, stolüstü tennis və armrestlinq üzrə qüvvələrini sınayacaqlar. Zona turnirlərində qalib gələnlər cari ilin noyabr ayında Bakı şəhərində keçiriləcək final mərhələsində iştirak hüququ qazanacaqlar. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq şəraitində təşkil olunan yarışları təcrübəli idman mütəxəssislərindən ibarət hakimlər heyəti idarə edəcək.
ƏƏSMN-nin “2014-cü il üçün əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı»na uyğun olaraq təşkil edilən yarışların qaliblərinə mükafatların, habelə iştirakçılara həvəsləndirici mükafatların verilməsi nəzərdə tutulur.
-
İdman20:00UEFA Konfrans Liqası: "Torpedo" - "Zirə" oyunu başladı - YENİLƏNİR
-
Sosial19:36Sabah Biləsuvarın bir hissəsi qazsız qalacaq
-
Sosial19:00Korrupsiya törədən 13 nəfər cinayət başında yaxalanılıb
-
Cənubi Qafqaz17:47Rusiya bazarından üz döndərən Ermənistan bu ölkəni seçdi
-
Magazin114:30Azəri qızı Günel təhqirlərə dözmədi: “Hamınızı ifşa edəcəyəm” - VİDEO
-
Sosial13:46İşçilər ixtisar edilir, dövlət texnikası isə... - Zaqatala Yol İdarəsində nə baş verir?
-
İdman13:26Pikfordun gizli qeydləri aşkar edildi, Messi şoka düşdü - FOTO
-
Dünya11:48Netanyahudan Türkiyə etirafı: Bu şəhəri ələ keçirmək istəyirlər














.jpg)



















