Qırmızı.az
“Hafka”nın evini əlindən alırlar - Polislər mühasirəyə aldı
Azərbaycanda Hafka ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədovun oğlu üçün aldığı yeni ev polis tərəfindən boşaldılır.
Bu barədə SalamNews-a “Nikoyl” bankın İdarə heyətinin üzvü Zaur Abdıyev məlumat verib.
Onun sözlərinə görə, Hafiz Məmmədov oğlu üçün yeni aldığı ev bankda digər müştəri tərəfindən girovda olub: "Hafiz Məmmədov da, evi məhz ondan alıb, lakin nə bankın borcunu ödəyib, nə də bankın pulunu bağlayıb. Hal- hazırda Nərimanov rayon məhkəmə icraçıları ilə birlikdə evi boşaltmağa çalışırlar. Üzümüzə qapı açan yoxdur və məhkəmə işçilərini təhdid edirlər. Hadisə yerinə polis də cəlb olunub".
Qeyd edək ki, bəzi iddialara görə, “Baghlan Group”un adına banklardan külli miqdarda vəsait alınaraq başqa istiqamətlərə xərclənib. Məlumatda o da qeyd olunur ki, “Hafka” Beynəlxalq Bankdan da götürdüyü külli miqdarda krediti vaxtından xeyli müddət keçməsinə baxmayaraq, geri qaytarmayıb. Bu iş də məhkəmə çəkişməsinə çevrilib.
Dəqiq rəqəm bilinməsə də, söhbətin bir neçə yüz milyon manatdan getdiyi bildirilir. Bankın dəfələrlə xəbərdarlığına baxmayaraq, Hafiz Məmmədov nə əsas kredit borcunu, nə də faizlərə görə yığılıb qalan vəsaiti geri qaytarıb.
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək