Qırmızı.az
Qurbanınız qoyun olsun!
Bu gün Azərbaycanda və cəmi İslam dünyasında müqəddəs Qurban bayramı qeyd edilir.
Publika.az xəbər verir ki, Qurban bayramı islam dininin ən vacib sayılan fərzlərindən biridir. Bu bayram müsəlmanların Həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü Məkkədə Həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.
İslam dini böyük inama, Uca Allaha qurban verməkdə də əvəzsiz inqilab yaratdı. Bəşəriyyəti insanı qurban verməkdən çəkindirdi, bu cür qurbanı hətta qadağan etdi. Ona görə də islam dini Allahın adından buyurdu ki, insanın əvəzinə qurbanlıq heyvan kəsilməlidir. Qurban mərasiminin vaxtı da müəyyənləşdirildi. Əvvəllər kim nə vaxt istəsəydi, qurbanlıq heyvan kəsə bilərdi. Bayramı daha da şərəfləndirmək üçün onun ildə bir dəfə - Zilhiccə ayının 10-da keçirilməsi qanuniləşdirildi.
Quranda deyilir: "Allah Beytülhəram (müqəddəs ev) olan Kəbəni haram ayı (Zilhiccəni), (Kəbəyə gətirilən) boyunları bağsız və bağlı (boyunlarına nişan taxılmamış və taxılmış) qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib sahmana düşməsi üçün bir yol müəyyən etdi. Bu ona görədir ki, Allahın göylərdə və yerdə nə varsa (hamısını) bilməsini, özü də Allahın hər şeyi (layiqincə) bilən olmasını siz də biləsiniz!" (Quran, 5-ci surə, 97-ci ayə).
-
İdman06:14
Şumaxerin ailəsinə təzminat ödəniləcək: Saxta müsahibəyə görə
-
İdman01:05
"Atalanta" "Bayer"i məğlub edərək çempion oldu - VİDEO/YENİLƏNDİ
-
Sosial00:30
Ərdoğan Sərvərə mükafatını təqdim etdi - FOTO
-
Qoroskop00:15
Günün qoroskopu: Mühüm qərarlar qəbul etməyin!
-
Region22 May 22:22
Rəisinin helikopterinin pilotları onlar olub - FOTO
-
Hadisə22 May 22:10
Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib? - VİDEO
-
Ekologiya22 May 21:05
Dəhşətli istilər gəlir: Temperatur 43 dərəcəyə yüksələcək
-
Magazin222 May 20:45
Serenay keçmiş sevgililəri ilə əyləncə gecəsində - FOTO