Qırmızı.az
Toy müğənnilərinə şok zərbə
Toy mərasimlərində israfçılığa qarşı tədbirlər planı hazırlanır.
Axar.az-a özəl qaynaqdan verilən xəbərə görə, plan çərçivəsində olduqca mühüm bir detal yer alıb. Nəzərdə tutulub ki, müğənnilərin toy qiymətləri də nizamlansın. Toy məclislərinə fantastik qiymətə gedən müğənnilərin tarifi aşağı salınacaq.
Belə ki, gecəsi 5-7-10 min manat civarında toylara gedən müğənnilərə “toy tutulacaq”. Eyni zamanda 1 saatlıq məclisə 3 min manata gedən sənətçilərə də xəbərdarlıq olunacaq. Hökumət toy mərasimlərinə kompleks şəkildə “əl gəzdirməyi” nəzərdə tutub.
Hazırda müəyyən müzakirələr gedir və yaxın gələcəkdə vətəndaşların ürəyincə olacaq qərar veriləcəyi gözlənilir. Bu da qanunla tənzimlənməsə də, tövsiyə xarakteri daşıyacaq. Həmçinin, yas mərasimlərində ehsan süfrəsinə olduğu kimi müğənnilərə də inzibati qaydada tədbirlər həyata keçiriləcək. Bunun yolu və forması üzərində iş gedir. Həqiqətən də toy müğənniləri məclislərə fantastik məbləğdə gedirlər.
-
Nida Xəbər 20:00Azərbaycanda bu yüksək vəzifə ləğv edildi
-
Magazin119:36Aygün Kazımovanın görün nə qədər vergi borcu var
-
Hadisə19:12Bu rayonda zəlzələ oldu
-
Hadisə19:00Sumqayıtda güclü yanğın baş verdi - VİDEO
-
Nida Xəbər 18:48Gənc oğlanı qaçırıb evlənməyə məcbur etdilər
-
İdman18:36Qurbanov sağlam qidanın "Qarabağ"ın nəticələrinə təsirindən danışdı
-
MDB15:32Putin Məmmədovla Gevorkyanı təltif etdi
-
MDB15:02Ukraynanın ağır dronları 2 min km qət etdi, Uxtanı vurdular: Neft emalı zavodu yanır



















.jpg)










.jpg)

